Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı bəşəriyyət üçün qlobal problem adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tənhalıq gündəlik 15 siqaret istehlakı ilə müqayisə oluna bilən insan sağlamlığına mənfi təsir göstərir. Hətta piylənmə və oturaq həyat tərzi təklik qədər təhlükəli deyil. Problem xüsusilə koronavirus pandemiyasının başlamasından sonra özünü qabarıq şəkildə büruzə verdi.
Tənhalıq xüsusilə yaşlı insanlar üçün təhlükəlidir, demensiyanın inkişaf riskini 50 faiz, ürəyin işemik xəstəliyinə tutulma riskini 30 faiz artırır. Eyni zamanda, ÜST ekspertləri hesab edir ki, yer kürəsinin hər dördüncü qoca sakini tənhalıqdan əziyyət çəkir.
Nuranə Məmmədova






