Rusiyanın Uzaq Şərqi gənclər üçün cəlbedici olub.
Elchi.az Smotrim.ru-ya istinadən bildirir ki, bu barədə “Yaradıcılıq həftəsi” forumunda regional inkişaf nazirinin müavini Elvira Nurqaliyeva məlumat verib.
Onun sözlərinə görə, ötən il rayonda ilk dəfə olaraq 20-29 yaşlı gənclərin miqrasiya axını qeydə alınıb. Göstərici əhalinin xaricə axınını üstələyib.
“Üç il əvvəl müsbət tendensiya yaranıb. Hazırda Uzaq Şərqə ölkənin digər regionlarından gənclər cəlb olunur. Onlar bura özlərini reallaşdırmaq üçün gəlirlər”, – deyə nazir müavini bildirib.
Qeyd edək ki, mayın 25-də “Rus yaradıcılıq həftəsi” başlayıb. Foruma makroregionun 11 subyektindən 200-dən çox məruzəçi gəlib. Tədbirin qonaqları Çin, Hindistan, Qazaxıstan, İndoneziya və Belarusdan olan ekspertlər olub.
Yeganə





