“Bu məsələyə düzgün qiymət vermək üçün İsrail – Ərəb münasibətlərini, yəhudilərin Fələstində
dövlət yaratmaq cəhdini, ikinci dünya müharibəsinin nəticələrini təhlil etmək lazımdır”.
Bunu Aktual.az-a politoloq Vəfa Quluzadə Amerikanın İsraili müdafiə etməsi yönündə səslənən ittihamları şərh edərkən deyib.
Vəfa Quluzadənin qənaətinə görə, bu elə məsələdir ki, hər bir insanın ona öz münasibəti olmalıdır:
“Yəhudilərin haqqı var idimi ki, gəlib fələstinlilərin dədə-baba torpaqlarında özlərinə vətən yaratsınlar? Bu haqq Fələstində idi. Amma bu vətənsiz xalq gəlib başqa millətin torpğında özünə dövlət yaratdı.
Bu dövlətin yaranmasında da bütün dünya yəhudiləri dəstəklədi – Amerika da, SSRİ-də, Avropa da. İndi bu dövlət Yaxın Şərqin ən böyük dövlətidir. Yəni məsələ belə mürəkkəbdir”.
Qaldı Qəzzada, bu hadisələr 3 yəhudinin qətlə yetirilməsi ilə başladı. İsrail burda “Həmas”ı günahlandırdı. Ondan sonra, qisas olaraq, bir ərəb uşağını öldürdülər.
Düzdür, həmin yəhudilər sonradan tutularaq mühakimə olundular. Amma qığılcım bu məsələdən başladı. Amma məsələnin məğzı tamam başqadır. Yəni Fələstin xalqı İsrail dövlətinin yaranmasından narazıdır və onu yıxmaq üçün mübarizə aparır. Və həm də öz doğma torpaqlarında öz dövlətlərini yaratmaq istəyirlər. İsrail isə buna imkan vermir. İstənilən halda regionda vəziyyət mürəkkəbdir”.
Aktual.az



