"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət etdi

29 Mart 2016 - 14:55
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət etdi
Vəkil Elçin Sadıqov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib. Musavat.com vəkilin məktubunu dərc edir.
E.Sadıqov yazır:
“Möhtərəm Prezident!
Mən Sadıqov Elçin Əli oğlu 2006-cı ildən başlayaraq vəkillik fəaliyyəti ilə məşğulam. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. On illik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm. Hər zaman ölkəmizin qanunlarına uyğun olaraq reallaşdırdığım fəaliyyətim daim cəmiyyətin gözü önündə olub, insanlar fəaliyyətimlə bağlı həmişə razılıq hisslərini ifadə ediblər.
Möhtərəm Prezident!
Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar şəxsimə, habelə yaxınlarıma, əzizlərimə qarşı məhz vəkillik fəaliyyətimlə bağlı olaraq əsassız, iftiralarla dolu, böhtan məzmunlu kampaniyanın aparılmasıdır.
Heç zaman əlaqədə olmadığım, tanımadığım, yaxınlarımın da tanımadığı bir qrup şəxs 2015-ci ilin yazından etibarən Vəkillər Kollegiyasına barəmdə şikayətlər yazmaqla bu kampaniyaya start veriblər. Kollegiyaya şikayətlərdə bir qayda olaraq mənim siyasi məzmunlu məhkəmə işlərində də müdafiəçi qismində çıxış etməyim vurğulanıb, bu amili mənim əleyhimə yönləndirməyə çalışıblar. Sırf vəkillik fəaliyyətimə görə barəmdə əsassız intizam icraatı başlanıb. Halbuki, mən vəkiləm, mənim üçün müdafiə etdiyim vətəndaşların şəxsiyyəti, mövqeyi, ideya və baxışları heç vaxt ön planda olmayıb, mənim üçün ən önəmlisi təbii ki, hər zaman pozulan hüquqların bərpası olub.
Möhtərəm Prezident!
Son günlər mənə qarşı aparılan kampaniya daha da intensivləşməyə başlayıb. Mənə, əzizlərimə iftira, böhtan atan, yalan, ləkələyici informasiyalar yayan şəxslər telekanallara da çıxış əldə ediblər. Azərbaycanın milli telequruluşlarından olan ANS telekanalının efirindən mənə və yaxınlarıma qarşı heç bir hüquqi əsası olmayan, zamanında hüquq mühafizə qurumlarının araşdırmaları ilə təkzib edilən bilgilər həqiqət kimi cəmiyyətə ötürülüb. Yaxınımın adı övladını itirdiyi güman edilən valideynlərin hisslərindən məkrli məqsədlərlə, sui-istifadə edilməklə əsassız olaraq cinayət olayı ilə hallandırılıb. Halbuki, sözügedən əsassız iddialar zamanında hüquq mühafizə qurumları tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb. Hazırda belə əsassız məlumatlar mənim peşə fəaliyyətimə görə yenidən gündəmə gətirilib və mənim gözdən salınmağım, əsassız təqib olunmağım üçün istifadə olunmaqdadır.
Möhtərəm Prezident!
Mənə qarşı olan iftira kampaniyasının son zamanlarda həm telekanallara, həm də nüfuzlu media quruluşlarına keçməsi, hesab edirəm ki, bu kampaniyanın arxasında tanıyıb-bilmədiyim yuxarı səviyyəli şəxslərin dayanması ilə bağlıdır. Bu səbəbdən düşünürəm ki, heç bir hüquqi ölçüyə sığmayan bu kampaniyaya son verilməsi üçün ən doğru yol əlaqəli dövlət qurumlarının müdaxiləsi olardı. Sizə müraciətimin əsas səbəbi də budur.
Möhtərəm Prezident!
Müstəqil vəkillik demokratik cəmiyyətlərin özəyini təşkil edir. Konstitusion vəkillik fəaliyyətinə görə, insanları təqib etmək, onlara təzyiq göstərmək, nüfuzdan salmaq, ləkələmək yolverilməzdir. Sizdən mənə qarşı aparılan təyziq kampaniyasının ədalətli araşdırılması, ona son qoyulması üçün gərəkli addımların atılmasını təmin etmənizi xahiş edirəm”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının mərkəzində nələr olur (VİDEO)

Next Post

Ərdoğan Rza Zərrab haqda: `Mənə maraqlı deyil`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan Rza Zərrab haqda: `Mənə maraqlı deyil`

Mərkəzi Bank qərar verdi — dollardan gözlənilməz ucuzlaşma (RƏSMİ)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.