"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vəkili Cahangir Hacıyevlə görüşdü – Sabiq bankir arvadına görə narahatdır

13 Noyabr 2018 - 17:08
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Vəkil Aqil Layıcov müvəkkili, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə görüşüb. Bu barədə Modern.az-a A.Layıcov özü məlumat verib.

A.Layıcov Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdar olduğunu bildirib:

“Sonuncu dəfə ötən həftə görüşmüşük. Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur. Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində “İzah edilməmiş gəlirlər” cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə adminstrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontkestindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar”.

A.Layıcova Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub:

“Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə araşdırmadır. Və vurğulanır ki, cinayət kontekstində gedən araşdırma yox, inzibati araşdırmadır”. Ona görə də inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir”.

Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb:

“Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir”.

Qeyd edək ki, C.Hacıyev 2016-cı ildə sədri olduğu “Azərbaycan Beynəlxalq Bankı”nda külli miqdarda mənimsəmədə ittiham edilərək həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. Sabiq bankir ittihamları qəbul etmədiyini, qondarma olduğunu bəyan edib.

Bir neçə ay əvvəl Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bir müddət öncə Azərbaycanın tələbi əsasında Londonda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Lakin noyabrın 8-də Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Z.Hacıyeva ev dustaqlığına buraxılma qarşılığında 500 min funt sterlinq ödəyib.

10 il ərzində Londonun məşhur “Harrods” mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Böyük Britaniya Birləşmiş Krallığının “İzahedilməz Sərvət Qanunu”nun ilk hədəfi olmuş Z.Hacıyeva barəsində cinayət təhqiqatı davam etdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı

Next Post

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Azərbaycanda bütün pensiyalar artırılacaq

Azərbaycanda bütün pensiyalar artırılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.