"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vərəmdən necə qorunmalı?

18 Noyabr 2015 - 17:13
in SOSİAL

Əhali arasında öskürək, təngnəfəslik, tənəffüslə bağlı müxtəlif narahatlıqlar izlənməkdədir. Bu əlamətlər hansı xəstəliklərin göstəricisi ola bilər?

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

 

AzVision.az-ın bu barədə suallarını Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq İdris oğlu Bayramov cavablandırıb.

-Vərəm xəstəliyinin əlamətləri nədir?

– Bütün xəstəliklərdə olduğu kimi vərəm xəstəliyinin də mütləq patoqnomik əlaməti yoxdur. Yəni elə bir əlamət yoxdur ki, ona görə biz əminliklə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu söyləyək. Ancaq vərəm xəstəliyində daha çox rast gəlinən əlamətlər, ümumi halsızlıq, axşamüstü zəif subfebril hərarətin (37,2-37,4) olması və səhərə yaxın boyun-ənsə, kürək nahiyyəsinin tərləməsidir. Bu əlamətlərin olmasına görə hər hansı bir orqanın vərəm xəstəliyindən şübhələnmək olar. Amma diaqnozun təsdiqi üçün kompleks müayinənin aparılması lazımdır.

-Müəyyən bir insan əlamətlərinə görə vərəm xəstəsi olduğundan xəbər tuta bilərmi ya bu ancaq laborator muayinələr zamanı aşkarlanır?

– Əvvəlcə də söylədiyim kimi, əlamətlərə görə vərəm xəstəliyindən yalnız şübhələnmək olar. Yəni, vərəmin daha çox rast gəlinən forması olan tənəffüs orqanlarının, ağciyərlərin vərəmi zamanı yuxarıda söylədiyim əlamətlərlə yanaşı bəlğəmli öskürək, döş qəfəsində ağrı, təngnəfəslik, qanhayxırma və s. müşahidə olunur. Dəqiq diaqnozun qoyulması üçün isə xəstənin tam müayinəsi vacibdir.

-Doğrudurmu ki, güclü immunitetə malik olan insanlar vərəm xəstəliyinə tutula bilməz?

-Çox yerinə düşən bir deyim var ki, vərəm elə xəstəlikdir ki, heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir. Bu baxımdan hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var ki, o, insanlarda vərəm daha çox rast gəlinir. Bu risk qrupunu təşkil edən insanlarda immunitetin zəifləməsi əsas faktorlardan biridir. Qeyd etmək istəyirəm ki, normal həyat tərzi keçirən, zərərli vərdişləri və vərəmə meylliliyi artıran yanaşı xəstəlikləri (məs. şəkərli diabet, hormonal preparatların qəbulu) olmayan, həmçinin irsi olaraq bu xəstəliyə davamlı olan şəxslər vərəmlə çox az-az hallarda xəstələnir.

– Bu mövzuda işlərkən “viraj” termininə rast gəldim. Anlamı nədir?

– Viraj, vərəmə görə profilaktik müayinədə və vərəmin diaqnostikasında istifadə olunan tuberkulin sınağının (Mantu sınağı) ilk dəfə müsbət olmasıdır. Yəni uşaqlarda hər il istifadə olunan Mantu sınağı mənfi olub, növbəti dəfə müsbət olarsa bu tuberkulin sınağının virajı adlanır. Viraj hərfi mənada döngə, geriyə dönmə demək olub, sağlamlıqdan xəstəliyə dönmə anlamı verir və vərəm infeksiyasına yoluxmanı göstərir. Ona görə də viraj olan uşaqlar vərəmə görə kompleks müayinə olunmalıdır.

– Cəmiyyətimizdə bir vərəm qorxusu var, yəni hansısa ailədə vərəm xəstəsinin olması üzə çıxarsa, o zaman bundan məlumatlı olan ətrafdakılar o ailə ilə ünsiyyətdən qaçırlar. Buna görə də çox vaxt bu xəstəliyə yoluxanlar gizlətməyə çalışır, bu xəstəliyin daşıyıcısı olduğunu etiraf etməkdən utanırlar.. Çünki xəstə insanlar öz xəstəliklərinin başqa adla – keçici olmayan xəstəlik kimi təqdim etməklə qarşı tərəfin ona yoluxma riskini artırırlar. Bu haqda qısaca…

– Bəli, cəmiyyətdə vərəm xəstəliyinə münasibətin birmənalı və müsbət olmaması vərəmə tutulan şəxslərin əksər hallarda öz xəstəliyini gizlətməyə çalışmasına səbəb olur. Burada bir səbəb də, cəmiyyətdə vərəmlə qeyri-normal, o cümlədən tüfeyli həyat tərzi keçirən şəxslərin, alkoqoliklərin, narkomanların, həsxanada olanların xəstələnməsi fikrinin olmasıdır. Düzdür bu insanlarda vərəm daha çox rast gəlinir. Ancaq tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmlə xəstələnə bilər. Buna görə də, cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə tədbirlərinin artırılması yaxşı olardı. Onu da qeyd edim ki, vərəm tam sağalan xəstəlikdir. Sadəcə xəstəlik nə qədər erkən aşkar olunub düzgün müalicə olunarsa daha effektli olar. Vərəmlə xəstələnənlər vaxtında aşkar olunub kompleks müalicə olunmalı, bu xəstələrlə təmasda olanlar isə profilaktik müayinə və müalicə kursu qəbul etməlidirlər.

-Quru öskürək və bəlğəmli öskürək bunların müalicə üsulları da müxtəlifdirmi? Yəni öskürəyin növünü araşdırmadan aptekden hər hansı bir öskürəyə qarşı dərman alıb içmək nə dərəcədə düzgün sayıla bilər?

-Həm quru, həm də bəlğəmli öskürək tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin əlamətləridir. Bu xəstələrin müalicəsində müxtəlif dərman preparatlarından istifadə edilir. Quru öskürəkdə öskürək əleyhinə preparatlar, bəlğəmli öskürəkdə isə bəlğəmgətiricilər daha effektlidir. Buna görə də özünümüalicə ilə məşğul olmaq və aptekdən həkim təyinatı olmadan öskürək əleyhinə preparatın alınıb qəbul edilməsi düzgün deyil. Çünki, bəlğəmli öskürəkdə yalnız öskürək əleyhinə preparartların istifadə edilməsi öskürəyin dayanmasına və nəticədə tənəffüs yollarındakı bəlğəmin xaric edilməməsi nəticəsində xəstənin vəziyyətinin daha da pisləşməsinə səbəb olar. Onu da qeyd etmək lazımdır ki, öskürək əlamətdir. Ona səbəb olan əsas xəstəliyin aşkar olunub, müalicə edilməsi lazımdır.

-Xalq arasında çox populyar olan turpu ovub içinə bal töküb suyunu içmək kimi bir mualicə doğrudanmı öskürəyin qarşısını ala bilər?

-Öskürəyin aradan qaldırılması üçün çoxsaylı kimyəvi preparatlar və türkəçarə üsulları var. Söylədiyiniz türkəçarə metodunun da xeyri var. Ancaq yenə təkrar edim ki, öskürək tənəffüs orqanlarının xəstəliklərinin əlamətlərindən biridir. Ona görə də öskürəyin səbəbini araşdırıb, əsas xəstəliyi kompleks müalicə etmək daha effektli olar.

-Və sonda soyuq ayların üz tutması ilə əlaqədər oxucularımıza bir həkim məsləhətiniz..

– Xəstələnməmək üçün soyuqdan qorunsunlar, idmanla məşğul olsunlar və orqanizmin immun qabiliyyətini normal səviyyədə saxlamaq üçün gündəlik qida rasionlarında meyvə-tərəvəzlərə üstünlük versinlər. Xəstələndikdə isə dərhal mütəxəssislərə müraciət etsinlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP-nin keçdiyi yol -VİDEO

Next Post

Yol polisinin sürücü ilə tapmaca oyunu: “Yol polisi mənə şər atdı” – VİDEO

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Yol polisinin sürücü ilə tapmaca oyunu: "Yol polisi mənə şər atdı" – VİDEO

Akif Çovdarovun gizli “həbsxana”sında...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.