Vətəndaşın daxili orqanında narkotik vasitələr aşkar edildi

>

Bunu da oxuyun

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə Elchi.az-a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr – bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728