Sorğuda iştirak edən ABŞ vətəndaşlarının əksəriyyəti Ukraynaya kaset sursatlarının göndərilməsinə qarşı çıxıb. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti Quinnipack Universitetində keçirilən sosioloji sorğunun məlumatlarına istinadən yazır.
Qeyd olunur ki, sorğuda qeyd olunan hüquq müdafiəçilərinin belə silahlardan istifadənin potensial riskləri barədə iradlarına baxmayaraq, respondentlərin 51 faizi ABŞ prezidenti Co Bayden administrasiyasının müvafiq qərarını dəstəkləməyib, 39 faizi isə bunu təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Federasiya Şurası iclasda Ukrayna Silahlı Qüvvələrinə kaset bombalarının tədarükü ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edib.
Havar Şəfiyeva




