Onlar şirkət rəhbərinin 12 min 900 manat pullarının mənimsənildiyini bildiriblər.
Ağcabədi sakinləri mühafizə şirkətinin rəhbəri tərəfindən aldadılması faktı ilə bağlı polisə müraciət ediblər.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon polis şöbəsinə müraciət ediblər.
Onlar 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadıldığını və ümumilikdə 12900 manat pullarının mənimsənildiyini bildiriblər.
Faktla bağlı araşdırmalar aparılır.
ANS PRESS



