"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vahid Əhmədov: “Vaxtında ölkədə iri zavodlar, fabriklər tiksəydik…”

21 Dekabr 2015 - 18:49
in İQTİSADİYYAT MANŞET

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Vahid Əhmədov: “Vaxtında ölkədə iri zavodlar, fabriklər tiksəydik...”

“Elə bilirsiniz, Azərbaycanın müstəqilliyini hamı istəyir?”

“Hazırda Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumilikdə 42 milyarda yaxındır. Kifayət qədər ehtiyatımız var, amma ehtiyatları da istifadə etmək lazım deyil. Amma müəyyən faizini bank sisteminə, özü də real sektoru inkişaf etdirmək üçün ayırmaq olar”. 
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. Neftin kəskin ucuzlaşması, dolların bahalaşmasının qarşılığında manatın devalvasiyaya uğrayacağı halında ölkəmizi nələr gözlədiyi barədə danışarkən millət vəkili qeyd etdi ki, təhlükəni önləmək üçün bir sıra addımlar atılmalıdır: “Ölkədə Azərbaycanda sənayenin inkişafına çox böyük ehtiyac var. Heç olmasa vaxtında ölkədə iri zavodlar, fabriklər tikib istifadəyə versəydik, əhalinin iş problemi də həll olunardı. Ancaq yenə də gec deyil, bu məsələlər öz həllini tapmalıdır”.
 
Azərbaycanın müstəqilliyinə səs vermiş istiqlalçı deputat müstəqilliyimizə təhdidlərlə bağlı da münasibətini bölüşüb: “Siz elə bilirsiniz Azərbaycanın müstəqilliyini hamı istəyir? Yox. Son vaxtlar mətbuatda oxuyuram ki, Azərbaycanda ”beşinci kolon” meydana gəlib, Rusiyameyilli qüvvələr həddən artıq çoxdur. Mən Rusiya dövlətinin əleyhinə deyiləm. Bizə qonşu dövlətdir, gediş-gəlişimiz var, 2 milyon vətəndaşımız orda yaşayır, istərdim ki, əlaqələrimiz həmişə yüksək səviyyədə olsun. Rusiya ilə bağlı qəbul etmədiyim bir məsələ var – işğalçılıq siyasəti. Rusiyanın Ukraynada, Suriyada nə işi var idi? Bütün bunlar Rusiyanın siyasi, iqtisadi vəziyyətini gərginləşdirir. Ancaq mən bu gün müstəqilliyimizə real təhlükə görmürəm. Azərbaycan 1918-20, yaxud 90-cı illərin Azərbaycanı deyil”.
Millət vəkili xatırlatdı ki, Azərbaycan ötən 24 ildə çox mühüm yol keçib: “Ölkəmizdə kifayət qədər çətinliklər, təlatümlər, dövlət çevrilişinə cəhdlər olub, dövləti süquta yetirmək istəyiblər. Ancaq dövlət başçıları, o cümlədən indiki prezidentimiz Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, əbədi olması üçün əllərindən gələni edib. Seçkilərdəki görüşlərim zamanı da bəzi insanlar deyirdilər ki, müstəqillik bizə heç nə verməyib, sovet vaxtı daha yaxşı yaşayırdıq və s. Lakin hər dəfə Azərbaycanın adı çəkiləndə, dövlət bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə mən bununla qürur duyuram. Adi bir misal çəkim: 70 ildə Quba rayonunda cəmi 17 məktəb tikilmişdi. Amma son 13 ildə, İlham Əliyevin rəhbərliyi dövründə Qubada 70 məktəb tikilib. Mən Bakı-Quba yolu ilə 30 ildir gedib gəlirəm. Vaxt var idi 4-5 saata gedirdik, indi saat yarıma Qubada oluram. Ölkəmiz kifayət qədər inkişaf edib və mən Azərbaycanın müstəqilliyinə real təhlükə olduğunu güman etmirəm”.
V.Əhmədov ölkəmizin müstəqilliyinin qarantı olan hadisələrdən də bəhs edib: “Azərbaycan üçün ən böyük hadisə 1994-cü ildə ”Əsrin müqaviləsi”nin imzalanmasıdır. Bu müqavilənin imzalanması Azərbaycanın müstəqilliyinin qarantiyası oldu. Keçən il də çox ciddi müzakirələrdən, mübahisələrdən sonra TANAP-TAP layihəsinin icrasına start verildi. 45 milyard dollar vəsait qoyulacaq bu layihənin də Azərbaycan üçün iqtisadi faydasını bir tərəfə qoyuram, siyasi faydası çox böyükdür, Azərbaycanın müstəqilliyinin qarantıdır. Bütün dünyada təlatümləri yaradanların çoxu iri şirkətlərdir, lazım olanda çevrilişlər həyata keçirirlər… Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərinin çox yüksək səviyyədə olması da bizimçün çox vacib məsələdir. Antalyada keçirilən G-20-lərin sammitində Azərbaycanın iştirakı adi məsələ deyildi.
“Yeni Müsavat”ın əməkdaşı olaraq sən özün də orda iştirak etdin, yazılarını oxudum. Azərbaycan prezidentinin Rəcəb Tayyib Ərdoğan tərəfindən ora dəvət olunması, İlham Əliyevin çıxışı zamanı Amerika, İngiltərə liderlərinə xitabən ölkəmizin müstəqilliyinin əbədi olması üçün bu dövlətlərin köməyini qeyd etməsi, əlbəttə, Azərbaycan üçün böyük uğur idi. Bunu gözü götürməyən insanlar var. Amma fakt budur ki, Azərbaycanın yeganə dostu Türkiyə dövlətidir. Çünki Azərbaycanı bütün beynəlxalq təşkilatlarda müdafiə edir. Qarabağ uğrunda mübarizədə bizimlə bir yerdə olan dövlət Türkiyədir. Azərbaycan da bu dövlətə arxalanmalıdır. Mən fikir verirəm, Azərbaycan və Türkiyə prezidentləri arasında çox ciddi və isti münasibətlər var. Yadımdadır, cənab prezident Avropa Şurasındakı müzakirələr vaxtı demişdi ki, Türkiyə burda yoxdur, amma mən burdayam və sizə cavab verməyə hazıram. Belə ciddi müzakirələrdə iki dövlətin bir-birini müdafiə etməsi və iki dövlətin bir yerdə olması bizim müstəqilliyimiz üçün çox önəmlidir”.
V.Əhmədov Türkiyə-Rusiya gərginliyinin daha çox ikinciyə ziyan vurduğu qənaətindədir: “Türkiyə və Rusiyanın arasında ticarət dövriyyəsi 26 milyard dollara yaxındır – 6 milyardlıq malı Türkiyə Rusiyaya, 20 milyardlıq isə Rusiya Türkiyəyə ixrac edir. Hətta burda Türkiyənin mövqeyi yüksəkdir. Amma bir təyyarənin vurulması ilə bu münasibətlər gərginləşdi. Gec-tez məsələlər həllini tapacaq. Amma bütün bunlar Rusiyanın dünyadakı imicinə çox böyük zərbə vurur”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı Nəqliyyat Agentliyi yaradılıb

Next Post

Neftin qiyməti qalxacaq – 2016-cı ildə

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Neftin qiyməti qalxacaq – 2016-cı ildə

`Dərmanların qiymətinə yenidən baxılacaq` - Tarif Şurası

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.