"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vahid Mustafayevdən “Hesabat”ın bərpası ilə bağlı açıqlama – “Prezidentə minnətdaram”

23 Yanvar 2016 - 17:45
in XƏBƏR LENTİ

ANS TV-nin “Mir Şahinlə Hesabat” proqramının Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən müəmmalı surətdə bağlanması, bu gün isə təcili formada yenidən açılması cəmiyyətdə müəyyən suallar yaradıb.
Avropa.info ANS PRESS-ə istinadən bu suallara aydınlıq gətirmək üçün ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin açıqlamasını sizə təqdim edir.
“ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.
İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq həmişə Azad Sözə və Mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.
Dövlət başçısı həmişə olduğu kimi Azərbaycanda Demokratiyanın, Söz Azadlığının, Müstəqil Mətbuatın və eyni zamanda Sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prerzidenti növbəti dəfə vətəndaşlarının Konstitusion Hüquq və Azadlıqlarının qarantı olduğunu isbat etdi.
Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun!”
MTRŞ-nin ötən gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması – proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
Bu gün isə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, “Hesabat” verilişi ilə bağlı qəbul edilən qərarın icrası müvəqqəti dayandırılır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mir Şahin klinikaya yerləşdirildi

Next Post

Sarkisyan müxalifətlə koalisiyaya gedir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sarkisyan müxalifətlə koalisiyaya gedir

Neft bir az da bahalaşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.