"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vahid Mustafayevdən “maraqlı” təklif (VİDEO)

26 Sentyabr 2014 - 04:10
in Banner, CƏMİYYƏT
Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasıimg1642035 Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzaladı.
Prezidentin informasiya təhlükəsizliyinə hesablanan sərəncamı müzakirə olunur.
ANS Şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev sözügedən məsələ ilə bağlı “Xəbərçi”nin qonağı olub.
– Vahid müəllim, sentyabrın 4-ü bu studiyada hərbi jurnalist kimi siz bu məsələ ilə bağlı açıqlama vermişdiniz. Prezidentin bu sərəncamı nəyi dəyişəcək? 
– Hər şeydən əvvəl hərb məsələləri ilə yaxından işləyən bir adam kimi öz adımdan və bütün bu sahədə çalışanların adından cənab prezidentə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Cənab prezident bu sərəncam ilə informasiya təhlükəsizliyi ilə bağlı olan bir növ anlaşılmaz vəziyyəti tənzimləyəcək və sözsüz ki, bu sahə daha da inkişaf etməyə başlayacaq. İnkişaf etməyə başlayacaq deyərkən nizam-intizamlı Müdafiyə Nazirliyi haqqında və cəbhəyanı, sərhədyanı zonalardan gələn məlumatların nizam-intizamını nəzərdə tuturam. Bu elə bir sahədir ki, savaşda olan bir ölkə üçün mütləq şəkildə gərək nizam-intizamlı olsun.
– Konkret deyək, media qarşısında bu sərəncam hansı tapşırıqları qoyur?
– Mediya qarşısında bu sərəncamın ən əsas qoyduğu tapşırıq Vətəni sevməkdir! Ümümiyyətlə bilirsiniz ki, günümüzdə külli miqdarda saytlar var. Bu saytlar ümumiyyətlə olmasa da bizim həyatımızda heç bir şey dəyişməyəcək. Dəyişsə də müsbət tərəfə dəyişəcək. Lakin onlar mövcuddur və biz bir demokratik ölkədə yaşadığımıza görə onların qanunla fəaliyyət qöstərməsinə icazə verilir. Lakin bunların bir çoxu, demək olar ki, əksəriyyəti bu sahədə heç bir fəalliyət heç vaxt göstərməyib. Onların rəhbərlərinin çoxları heç ümumiyyətlə əsgərlikdə də olamayıblar və belə olan şəraitdə Müdafiyə Nazirliyi, müdafiə kompleksi və Azərbaycanın bir növ müharibədəki olan vəziyyəti haqqında məlumatları şou-biznes məlumatları kimi əhaliyə çatdırırlar. Yəni əllərinə nə düşdü boyatdı, bişmişdi, yarımçıqdı fərq etmir, xəbəri oxuculara ötürürlər. Bununla bu saytlar güya ki, özlərinə reytinq qazanırlar. Lakin vəziyyət tənzimlənəndən sonra, bu adamlar artıq bu sahədə məhsuliyyətlərini dərk edəcəklər. Bu adamlar ilə danışıq növü düzgün seçilib. Səhv edirisinzsə, Vətənə xəyanət edirsinizsə, sizin yeriniz zindandı, sizin işiniz məhkəməyə getməlidi.
Mən hətta belə bir təklif də verərdim ki, bu sahədə səhv edənləri birbaşa Qarabağa göndərmək lazımdır ki, qoy biraz orada vuruşsunlar. Başa düşsünlər ki, müharibə nədir və bu öz aşağı səviyyəli məqalələri ilə orada, cəbhədə düşməni qarşılayan vəziyyətdə necə çətin olur.
– Sərəncamda kütləvi informasiya vasitələrindən başqa Müdafiə Nazirliyinə və digər dövlət qrumularına da məsələ ilə bağlı göstərişlər, tapşırıqlar verilib. Əsas məsələ indi bunun icrasıdır. Sizin fikrinizcə, necə etmək olarki, bu gecikməsin? 
– Cənab prezidentin tapşırığı ilə bu gün Müdafiyə Nazirliyinə rəhbərlik edən Zakir Həsənov cənabları öz vəzifəsini çox yüksək səviyyədə həyata keçirir. Azərbaycanda elə bir adam yoxdur ki, bu dəyişiklikləri hiss etməsin. Müsbət dəyişiklikləri. Bunu biz hiss edirik, yəni eşidirik, görürük və s.
Düşünürəm ki, bu Müdafiə Nazirliyinə bir növ kart-blanş verəcək ki, onlar da bu sahədə işlərini daha yaxşı qura bilsinlər və onların özlərinin də mövcud məqsədlərinə kütləvi informasiya vasitələri ilə işləmək imkanlarına yeni perspektivlər açacaq.
Eyni zamanda nazirlik bir müdafiə qurumu kimi hər şeydən əvvəl özlərini bu əldəqayırma saytlar və onların fəaliyyətindən müdafiə etməyi bacaracaqlar.
Bu saytlar bir növ artıq Azərbaycana, bizim müdafiə kompleksimizə böyük bir zərbə endirirlər. Bilə-bilə edirlər yoxsa, bilməyərəkdən edirlər bunun bizə, Azərbaycan xalqına və Azərbaycana heç bir dəxli yoxdur. Biz bundan zülm çəkirik, biz bununla problemlər yaşayırıq. Düşmənin qarşısında məlumatların açıq-saçıq verilməsinə görə aciz qalırıq. Bunun qarşısı alınmalıdır. Təcili surətdə ən ciddi tədbirlər görülməlidir. Bu, birdəfəlik qurtarmalıdır. Bu sahədə zarafat etmək olmaz.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ 2 amerikalı jurnalisti edam etmiş “İslam Dövləti” qruplaşmasının üzvünün kimliyini müəyyən edib

Next Post

Livan ordusu və Hizbullahdan basqın

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Livan ordusu və Hizbullahdan basqın

Şok effektli görüntülər - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.