“Fənərbağça”nın ekvadorlu ulduzu Enner Valensiyanın Braziliyanın “İnternacional” komandasına transferi rəsmən tamamlanıb.
Elchi.az xəbər verir ki, “Fənərbaxça” ilə müqaviləsi başa çatan Enner Valensiya Braziliyanın “İnternasional” komandasına transfer olunub. “Internacional” sosial media hesabından”Valensiya transferini etdi”,-deyə paylaşım edib.
Bəyanatda Braziliya bayrağı, təyyarə və Türkiyə bayrağı emojiləri yer alıb. Paylaşılan videoda “İnternacional” formasını daşıyan əl, üzü aydın görünməsə də, formanı Valensiyaya uzadır. “İnternacional”-ın digər postunda isə ekvadorlu hücumçunun 13 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Nuranə Məmmədova





