Valideynlər övladlarından niyə imtina edir?

Valideynlər övladlarından niyə imtina edir?

Hələ bir neçə gün əvvəl valideynləri tərəfindən tərk edilmiş uşaqlardan nənələrinin də imtina etməsi nəticəsində ortalıqda qalmaları və uşaq sığınacaqlarından birinə verilməsi haqda xəbər vermişdik. Təəssüf ki, hər gün bildiyimiz, bilmədiyimiz bu kimi yüzlərlə hadisə olur. Uzağa getməyək, dünən verilişlərdən birində bu qəbildən, lakin nisbətən “fərqli” bir hadisə yaşanıb. Belə ki, nənə  proqram vasitəsilə xalqa müraciət edərək 9 yaşlı qız nəvəsinə “valideyn” axtardığını bildirib. Nənənin “fərq”liliyi ondadır ki, o valideyni bir növ sponsor məqsədilə axtarır: “Mən istəyirəm ki, bir kişi olsun. Həm nəvəmə, həm mənə baxsın. Amma nəvəm mənimlə yaşamağa davam etsin. Əgər illər sonra başıma nə isə gələrsə, o zaman nəvəmə valideynlik etsin”.

Bunu da oxuyun

Təbii olaraq məsələ studiyada əyləşən ekspertlər  tərəfindən birmənalı qarşılanmayıb. Hətta münaqişə əsnasında emosiyalarını cilovlaya bilməyən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli verilişi tərk edib. Vasif Akifli məsələyə “Dünən efiri tərk edib çıxandan müxtəlif sahənin insanları mənə zəng edir, sms yazır. Hadisəyə olan emosiyalarım birmənalı qarşılanmadı. Real baş verən hadisə bir uşağın, körpənin, insanın şəxsiyyəti, hüququ və gələcək taleyinə ziddirsə, bundan da artıq emosional olacağam. Amma efir etikasını nəzərə alıb efiri tərk etdim. Bundan sonra da hansı veriliş olmasından, hansı kanal olmasından aslı olmayaraq o verilişdəki uşaqlar efirdə atılacaq, kiməsə övladlığa veriləcək, kiminsə əlindən alınacaqsa, mən o efirdə olmayacam! Hələ də nənələri tərəfindən atılan 3 uşağın anasını tapmamışıq. Leyla üçün efirdə ağlayıb anasını axtarsam da hələ də xəbər yoxdur! Mən hansı səbri nümayiş etdirə bilərdim nəvəsinə mənəvi “ailə” axtaran nənəyə? Ayıbdır! Azərbaycanın milli mentaliteti, ailə dəyərləri, yüksək səviyyədə tərbiyə kodeksi var! Bizə dünya baxır… Başqa dövlətlərdə olan azərbaycanlılar baxır. Onu da qeyd edim ki, o nənə ilə bağlı aidiyyatı üzrə müraciətlər edəcəyəm və bu məsələ dövlətin qanunları çərçivəsində araşdırılmalıdır. Uşaqlar heç kimin deyil. Nə boşanan ailələrin, nə nənələrin, nə qohumların, nə aparıcıların, nə ekspertlərin, nə rejisorun, nə də heç kimin. Azərbaycanda uşaqların hüquqları qanunvericiliklə ali dərəcədə qorunur!” belə münasibət bildirib.

Dövlət tərəfindən psixi durumu hazırki vəziyyətdə normal dəyərləndirilməyən nənədən uşağın alınmasının nə dərəcədə mümkün ola biləcəyini aydınlaşdırmaq məqsədilə məsələnin hüquqi tərəfini aydınlaşdırmaq üçün müraciət etdiyimiz hüquqşünas Vüqar Səfərli bildirdi ki, “Məsələdə maraqlı şəxs rəsmi qaydada iddia tələbi irəli sürdükdə məsələ məhkəməyə çıxarılacaq və iş Qəyyumluq və Himayəçilik Komissiyasına veriləcək. Ekspertiza zamanı iddiada deyildiyi kimi qadının psixoloji vəziyyətində problem aşkarlanarsa, uşaq nənənin himayəsindən alınaraq dövlətin himayəsinə verilə bilər. Təbii ki, bu zaman valideynlərin hər ikisi həyatda olduğuna görə onların da məhkəmə prosesində iştirakı məcburi olacaq və fikirləri alınacaq. Ancaq qeyd etdiyim kimi konstitusiyamızda da bildirilib ki, dövlət uşaqların qəyyumu və himayədarı olaraq birbaşa valideynləri göstərir. O səbəbdən də valideynlərin mövqeyi qərarın verilməsində mühüm əhəmiyyət kəsb edəcək”. (qaynarinfo)

 

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728