Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Almaniyaya “Şimal axını”nda olduğu kimi terror aktlarının təkrarlanması riskləri barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, fevralın 18-də Almaniyanın xarici işlər naziri Annalena Burbok və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Münhendə görüşüblər. Çin təmsilçisi alman həmkarına təkrarlanmanın riskləri barədə xəbərdarlıq edib. Bu barədə Sinxua xəbər agentliyi məlumat verib.
Vanq Yinin sözlərinə görə, Ukraynada münaqişə nə qədər uzanarsa, bütün Avropanın təhlükəsizliyini təhdid edən insidentlər bir o qədər tez-tez və şiddətli olacaq. “Şimal axını” və “Şimal axını 2”nin bombalanması kimi terror hücumlarının qarşısını ancaq böhranın tez bir zamanda dayandırılması ilə almaq olar.
Van Yi həmçinin vurğulayıb ki, Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarına sadiq olub və sadiq qalacaq və hətta ən çətin şəraitdə belə, qansız nizamlanmaya kömək edəcək. Çin rəsmisi həmçinin Burboka bildirib ki, Çin bu məsələdə Avropa ölkələri ilə əməkdaşlığı gücləndirmək istəyir.
Şayəstə






