"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vanqa Prezidentlərin Ölümündən NƏ DANIŞIB?

11 Oktyabr 2022 - 23:45
in DÜNYA

12 yaşında görmə qabiliyyətini ömürlük itirən Vanqa illər sonra bütün dünyanı “görüb”, özü də real zamanda deyil, gələcək hadisələrlə.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bolqar görücüsünün, 20-ci əsrin məşhur bilicisinin kor olmasının səbəbi haqqında dəqiq informasiya olmasa da, əsas iki səbəb göstərilib. Onlardan biri Vanqanın cinayətkarlar tərəfindən 12 yaşında zorlanması nəticəsində görmə qabiliyyətini itirməsidir.

Digər səbəb isə Vanqa 12 yaşında qohumlarının evindən qayıdanda qasırğaya düşüb, güclü külək onu zərblə yerə çırpıb, hətta Vanqanı bir sutka tapa bilməyiblər. Bu hadisədən sonra isə o, kor olub.

Vanqa II dünya müharibəsi başlanandan sonra məşhurlaşıb. Onun müharibədə itkin düşənlər haqqında fikir söyləməsi, onların sağ qalıb-qalmaması və yerləri haqqında məlumat verməsi sözün əsl mənasında möcüzə kimi qəbul edilib.

Qısa zamanda bütün dünyada tanınmağa başlayan Vanqa dövlət başçılarının da diqqətindən kənarda qalmayıb. Bir çox dövlət başçıları açıq, yaxud da gizli şəkildə Vanqanın yanında olublar, onun proqnozlarını eşitmək istəyiblər.

Vanqanın siyasi proqnozlarına qarşı fikirlər birmənalı qarşılanmayıb. Fakt odur ki, ona inananlar da, inanmayanlar da bu proqonozlara biganə qalmayıblar. Məsələn, bəzi amerikalı alimlər Vanqanın yazıları oxunmadan bir sənəd haqqında söylədiyi fikirlərin dəqiqliyini təsdiqləyiblər. Yəni, Vanqa bir sənədi oxumadan onun içindəkilər və həmin sənədin icrasının gələcək nəticələri haqqında fikir söyləməyi bacarıb. Bir çoxları isə bunu absurd adlandırıb. Amma fakt odur ki, bu “bacarığına” görə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Vanqanı “oğurlayıb” öz xidmətlərinə cəlb etmək haqqında da düşünüblər.

Siyasi proseslər haqqında proqnozlar verməsi Vanqaya böyük problemlər yaradıb. Düzdür, bir müddət ona toxunmayıblar. Buna səbəb isə Vanqanın qardaşı Vasilin partizan hərəkatında olduğu zaman göstərdiyi qəhrəmanlıq olub.

Məlum olduğu kimi, Bolqarıstan 1941-ci ildə Almaniya, İtaliya, Yaponiya ittifaqına qoşulub. 1944-cü ildə isə sovet ordusu ölkəni öz nəzarəti altına keçirib. Həmin ərəfədə Vasil şərq cəbhəsində körpünü partladaraq alman qoşunlarına böyük ziyan vurub, sonda isə faşistlər tərəfindən həbs edilərək güllələnib. Bu fakt Vanqanı bir müddət təzyiqlərdən qoruyub.

1945-ci ildə yeni hökumət üçün Vanqa əhalini çaşdıran, öz fəaliyyəti ilə qarışıqlıq yaradan “mənfi element” sayılıb və o, həbs edilib. Araşdırmaçı İrina Nekrosova müəllifi olduğu “Vanqa – möcüzəvi şəfalar və aydınlıq fenomeni” kitabında qeyd edib ki, məşhur görücüyə Bolqarıstan məhkəməsi ən ağır hökm, ölüm hökmü hazırlayıb. Amma bu dəfə də Vanqanı qeyri-adi bacarığı xilas edib. Bolqarıstan sərhəd xidmətinin ali rütbəli zabiti məxfi yazılar olan qovluğu sərhəddən keçirərkən meşə ərazisində itirəndə Vanqaya müraciət olunub. Vanqa sənədlərin hansı ərazidə olduğunu dəqiqliklə söyləyib. Bu hadisədən sonra onun haqqında olan məhkəmə işinə xitam verilib.

Bolqar görücüsünün, 20-ci əsrin məşhur bilicisinin kor olmasının səbəbi haqqında dəqiq informasiya olmasa da, əsas iki səbəb göstərilib. Onlardan biri Vanqanın cinayətkarlar tərəfindən 12 yaşında zorlanması nəticəsində görmə qabiliyyətini itirməsidir.

Vanqanın bir çox proqnozları ya təsadüfdənmi, ya da qeyri-adi öngörücülükdənmi həqiqətə çevrilib. 1941-ci ilin yazında Vanqa nasist rəhbərlərinə müraciət edib. O bildirib ki, Almaniyanın SSRİ-yə hücumu Hitlerin ölümlə nəticələnəcək səhv addımı olacaq.

Məşhur görücünün Stalin haqqında dediyi sözlər isə onu yenidən həbsxanaya saldırıb. 1952-ci ildə o, Stalinin ömrünə altı ay qaldığı haqqında fikir söyləyib. Vanqanın bu proqnozunu Stalinə çatdırıblar və bir neçə gün sonra o, həbs olunub. Bəzi versiyalara görə, Vanqanın həbsini Stalinin göstərişi Lavrenti Beriya gerçəkləşdirib.

Həqiqətən də Vanqanın Stalinin ölümü ilə bağlı verdiyi proqnozdan altı ay sonra sovet lideri vəfat edib. Sovet liderinin dəfnindən bir neçə gün sonra Vanqa azadlığa buraxılıb.

Vanqanın sonrakı həyatı sakitliklə ötüşüb. Kommunist rejiminin hökm sürməsinə baxmayaraq Bolqarıstan Kommunist Pariyasının baş katibi Todor Jivkov Vanqanın xidmətlərini dövlət qulluğu reyesterinə salıb. Vanqanın qəbuluna düşmək istəyən yerli sakinlər 10 lev, xarici vətəndaşlar isə 50 dollar ödəyiblər. Bu xidmətlə Vanqa Bolqarıstanın büdcəsinə 10 milyon ABŞ dollarından artıq vəsait köçürüb.

Todor Jivkovun özü də iki dəfə Vanqanın qəbulunda olub. Vanqa ona “sənin dostların öldürüləndə, sən zirzəmidə gizlənmişdin” deyəndə Jivkov təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, Vanqa 11 avqust 1996-cı ildə Sofiyada, “Lozinets” klinikasında onkoloji xəstəlikdən müalicə olunarkən, döş nahiyəsində yaranmış şişlərin cərrahiyyə əməliyyatı vasitəsilə götürülməsindən imtina etdikdən sonra vəfat edib.

Ölümündən əvvəl Vanqa ona məxsus olan əmlakların dövlətə verilməsini vəsiyyət edib.(Musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qardaşlığımız sözdə deyil, əməldədir – Prezident

Next Post

ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırır

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırır

ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırır

Yeni doğulan körpəyə vurulan sistem onun bir qolunu iflic edib? – Video

Yeni doğulan körpəyə vurulan sistem onun bir qolunu iflic edib? - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.