"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaqif Əsədovdan sürücülərə və piyadalara MÜRACİƏT

01 Fevral 2018 - 09:57
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır”.

“Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır: “Əsas qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır.

Əsasən ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınırsa, nəticədə 207 nəfər insan təlafatı baş verirsə, bu təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir. Başqa sözlə deyək ki, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır.

Təqsirli olaraq, ehtiyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub. Xüsusilə, ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur”.

V.Əsədov müqayisəli rəqəmlər göstərərək deyib ki, – 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb: “Yəni, beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yol ayrıcı, 60 yeraltı və yürüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.

Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də subut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır ki, istər sürücü olsun, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft bahalaşdı

Next Post

Televziyalarda ədəbi dil normaları pozulur – Monitorinqlər başlayır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Televziyalarda ədəbi dil normaları pozulur – Monitorinqlər başlayır

Televziyalarda ədəbi dil normaları pozulur - Monitorinqlər başlayır

Yasamalda QƏTL: Arvadına 6 bıçaq vurdu

Yasamalda QƏTL: Arvadına 6 bıçaq vurdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.