Ötən şənbə günü Rusiyanın muzdlu “Vaqner” qrupuna məxsus hərbi təyyarənin Malidəki Qao hava limanında uçuş-enmə zolağından çıxması nəticəsində 140 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Malidə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsi şənbə günü, sentyabrın 23-də səhər eniş zamanı əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb.
Mali və Vaqner əsgərlərini daşıyan təyyarədə 140 nəfər həyatını itirib.
Enişdən sonra uçuş-enmə zolağında irəliləməyə davam edən təyyarə uçuş-enmə zolağının qalan uzunluğunda dayana bilməyib və dairəvi yolu keçərək bənddən düşüb.
Şayəstə Hüseynova




