Vaqner özəl hərbi şirkətinin bir neçə yüz təlimatçısı Mərkəzi Afrika Respublikasının paytaxtı Bangui şəhərinə gəlib. Elchi.az xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikasında ordu, polis və jandarmeriyaya təlim keçirən Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyinin “Telegram” kanalı məlumat yayıb.
İddia olunur ki, PMC təlimatçıları 30 iyulda keçiriləcək referendum ərəfəsində Mərkəzi Afrika Respublikasının silahlı qüvvələrinin hərbçilərinə və respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına kömək edir.
Qeyd edək ki, bundan əvvəl Vagner muzdluları Çindən bir qrup qızıl mədənçini Mərkəzi Afrika Respublikasına təxliyə ediblər.
Havar Şəfiyeva





