Vaqner hətta yeni liderinin imici ilə də qorxudur
Elchi.az HaberGlobal-a istinadən xəbər verir ki, Rusiyada Vaqner üsyanından sonra muzdlu şirkətə kimin rəhbərlik edəcəyi sualı günlərdir dünya gündəmində müzakirə olunur.
Ukrayna kəşfiyyat mənbələrinin məlumatına görə, şirkətin hərbi rəhbəri Dmitri Utkin liderlik edib. Utkin üçün “nasist fanatı”, “cinayətkar maşın” kimi təriflərdən istifadə edilir.
Ukrayna kəşfiyyat xidməti SZRU-ya yaxın olduğu bilinən Freedom xəbərinə görə, sahədəki kəşfiyyat məlumatlarına əsaslanaraq, Ukraynada 25 min Vaqner əsgəri olmasına baxmayaraq, üsyana yalnız 8 min muzdlu qatılıb. Qalan 17 min “Vaqner” əsgəri Yevgeni Priqojinlə birlikdə şirkətin ən yüksək pilləsində olan digər qurucu Dmitri Utkinin əmrini yerinə yetirərək Ukraynada cəbhə xəttini tərk etməyib.
Şayəstə Hüseynova




