"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Varlılar daha çox siyasətə yönəlir, çünki…

28 Mart 2015 - 15:19
in XƏBƏR LENTİ

Varlılar daha çox siyasətə yönəlir, çünki...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əli pulla oynayanları siyasət arenasına aparan ilginc yol

Dünya varlılarının yolu zaman-zaman siyasətdən keçir, bu, heç kimə sirr deyil. Adamlar karyeralarında, biznesdə pik həddə çatandan sonra siyasət kluarlarında da görünməyə çalışırlar. Bu il Azərbaycanda da parlament seçkiləridir və ötən illərdə olduğu kimi, yenə də biznesmenlər, iş adamları bu sahədə özlərini sınamağa çalışacaqlar. Yaxşı, bəs bunun səbəbi nədir? Bu günə qədər hansı milyonçular  bu yoldan keçib, uğur qazanıb və ya uğursuzluğa düçar olub?
“Forbes” jurnalı milyarder siyasətçilərin siyahısını tərtib edib. Həmin siyahıda 7-ci yeri Rusiyanın varlı biznesmen-siyasətçisi Mixail Proxorov 13.2 milyard dollarlıq varidatı ilə tutub. Öz partiyasını yaradan M.Proxorovun siyasət karyerası uğurlu olmayıb. Onu tezliklə özünün yaratdığı sağ yönümlü partiyadan uzaqlaşdırıblar, parlament seçkilərində isə 0.6 faizlik göstərici ilə yer qazanıb. Bu, bir milyarderin timsalında uğursuz bir siyasi gedişin nümunəsi idi.
Amma dünya üzrə siyasətə girib uğur qazanan milyarderlər də az deyil. Bunlardan biri Taylandda yaradılmış “Taylandlılar taylandlıları sevir” adlı partiyadır. 1998-ci ildə yaradılan partiyanın qurucusu Taksin Çinavatdır. T.Çinavat kompüter proqramları biznesi üzrə ixtisaslaşıb. 1994-cü ildən siyasətə qoşulub, baş nazir müavinliyinə qədər yüksəlməyi başarıb. 2001-ci ildə onun partiya yaratmasından sonra siyasətdəki dayaqlarını daha da möhkəmlədib. Müəyyən fasilələrlə 2006-cı ildə sentyabrına qədər baş nazir olub. Hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb, öz ölkəsinə terrorizmə görə ittiham olunur, hazırda Böyük Britaniyada yaşayır.
Litvadakı “Əmək Partiyası”nın sədri Viktor Uspasskixin varidatı isə 50 milyon dollar təşkil edir. Partiyasını 2003-cü ildə yaradıb. O, bu varidatını qida sənayesi, ticarət, tikinti konserni sayəsində qazanıb. 2004-cü ildə Əmək Partiyası Avropa Parlamentdə Litvaya ayrılan yerin 13-nü tutub. 2009-cu ilin iyununda Uspasskix Əmək Partiyasından Avropa Parlamentinə seçilib.
Rusiyadakı “Vətənpərvərlər Partiyasının” sədri Gennadi Semiqin də 16 milyon dollarlıq var-dövləti ilə oliqarx siyasətçilərin arasındadır. Partiyasını 2005-ci ildə təsis edib. Partiya ən yaxşı siyasi göstəricisini 2011-ci ildə, parlament seçkilərində 0.97 faizlik səs qazanıb.
Gürcüstan siyasəti də milyonları sevir.
“Vahid Gürcüstan Demokrat Partiyasının sədri Badri Patarkasişvili 12 milyard dollarlıq var-dövlətin yiyəsi olduğu zaman siyasətə gəlib. O, 2007-ci ildə sözügedən partiyanı təsis edib. Məşhur biznes adamı öz pullarını Boris Berezovski ilə əməkdaşlıq etdiyi 90-cı illərdə qazanıb. Partiyasını isə 2007-ci ildə təsis edib. Partiyanın ilk təsis yığıncağı isə B.Patarkasişvilinin ölümündən bir ay əvvəl keçirilib.
Daha bir siyahıda isə siyasətdə uğur qazanan daha başqa siyasətçilərin adları var. Nyu-York meri Maykl Blumberq bu siyahıda qərar tutub.
“Bloomberg” informasiya agentliyinin yaradıcısı və sahibi 1990-cı illərin sonunda siyasətə gəlib və 2001-ci ildə mer seçilib. Bu posta o özünə 1 dollar maaş təyin edib və öz şəxsi biznesinin hesabına yaşayıb.
Onu “Vətəndaş platforması” partiyasının lideri Mixail Proxorov izləyir (O uğurlu biznesmen-siyasətçilərin siyahısında da yer alır). O, siyasətlə 2011-ci ildən məşğuldur.
Növbəti pillədə Bdzina İvanişvili qərarlaşıb. Öz kapitalını Rusiyada qazanan İvanişvili siyasətlə Gürcüstanda məşğul olmağa başlayıb. Onun rəhbərlik etdiyi “Gürcü arzusu” partiyası parlament seçkisində qələbə çalıb.
Dördüncü yerdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskonidir. O, 3 dəfə İtaliya Nazirlər Kabinetinə başçılıq edib. Berluskoni özünə məxsus holdinqin vergidən yayınma məsələsi ilə bağlı məhkəmə qarşısına çıxıb.
İlk beşliyi ABŞ-da iki dəfə prezidentliyə namziəd olan Henri Ross Pero qapadır.
Rusiyalı milyarder Roman Abramoviç isə siyasətdən könüllü çəkilənlərdəndir. O, bir neçə il öncə Çikotka qibernatoru vəzifəsindən istefa verib.
Siyasi analitiklər isə hesab edir ki, varlı insanların siyasətə gəlişi psixoloji nüansdır. Onların fikrincə, biznesdə uğur qazanan şəxslər eqolarını həm də ictimaiyyətin həyatında qazanacaqları uğurlarla doyuzdurmaq istəyirlər. Məsələn, biznes layihəsini uğurla həyata keçirən şəxs hesab edir ki, ölkədə də müsbət istiqamətdə hansısa dəyişikliklər edə bilər. Bundan başqa, dünyada varlılar siyasətə həm də var-dövlətlərini artırmaq, qarşılarında yaranmış bəzi qırmızı işıqları maneəsiz keçmək üçün baxırlar.
Sevinc TELMANQIZI 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah dağlıq ərazilərə qar yağacaq

Next Post

Bu qız Yaponiyanı böldü (FOTO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu qız Yaponiyanı böldü (FOTO)

İdmançımızın ölüm anı - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.