"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vasif Talıbov öz kabinetində döyülən naziri işdən qovdu

25 Avqust 2014 - 16:59
in ÖNƏMLİ
Naxçıvanda yaşanan rüsvayçı olayın tam təfərrüatı
 
vasifNaxçıvanda bir neçə ay əvvəl qısqanclıq zəminində kabinetində döyülən nazir işdən çıxarılıb. Belə ki, MR Ali Məclisinin sədri Vasif Talıbov dünən Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayevin vəzifəsindən azad olunması haqda sərəncam verib. Bu haqda AzPolitika.info-ya Naxçıvandakı özəl mənbələrdən məlumat daxil olub.

Malik Rzayev, qeyd etdiyimiz kimi, bir neçə ay əvvəl Naxçıvanda görünməmiş bir rəzalətlə üzləşmişdi. O, öz işçisi tərəfindən kabinetində döyülmüş, daha sonra günahı qarşı tərəfin üzərinə ataraq özünü təmizə çıxarmağa cəhd etmişdi. Bu barədə AzPolitika.info-da məlumat dərc olunduqdan sonra M.Rzayev ifşa olunaraq məqsədinə çata bilməmişdi.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Hadisənin təfərrüatı rüsvayçı olduğundan o vaxt yaza bilməmişdik. Lakin artıq onun vəzifəsindən çıxarılması ilə bu məlumatlar rəsmən öz təsdiqini tapmış kimi göründüyündən qısaca deyə bilərik ki, Malik Rzayev Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xanım işçisi ilə birlikdə öz kabinetində basılmışdı. Basqınçı isə xanım işçinin yenə də adıçəkilən komitənin əməkdaşı olan həyat yoldaşı olmuşdu. Hadisədən dərhal sonra hər iki tərəf polisə şikayət etmişdi. Deyilənə görə, Malik Rzayev öz ifadəsində xanım işçisinə “yazı yazdırarkən” qısqanclıq zəminində hücuma məruz qaldığını bildirmişdi. Onun bu ifadəsini komitənin digər işçiləri də təsdiqləmişdilər. Qarşı tərəf isə öz şikayətini ittihamlar üzərində qurmuşdu… Lakin polisdə aparılan araşdırma xeyli uzandı. Bir müddət camaat arasına çıxmayan Malik Rzayev də öz işinin başında qaldı. Hətta bir ara məlumatlar da gəlməyə başladı ki, namusuna sataşıldığı üçün komitə sədrini döyən şəxsi dəlixanaya salıblar…

Həmin vaxt bizə verilən məlumatda bildirilirdi ki, hadisənin baş verdiyi günlərdə MR Ali Məclisinin sədri Vasif Talıbov xaricdə olub. “Hamı MR rəhbərinin Malik Rzayevlə bağlı nə qərar verəcəyini maraqla gözləyir. Çünki belə məsələlərə onun münasibəti sərt olur”, deyə mənbə bildirmişdi. Lakin Vasif Talıbov Naxçıvana qayıtsa da, gözlənilən qərar verilməmişdi. Görünür Ali Məclis sədri daha dərin araşdırmaların bitməsini gözləyib…

Onu da qeyd edək ki, öz kabinetində basılmış komitə sədrinin fərari olduğu, vaxtilə hərbi xidmətdən yayınmaq üçün o vaxtkı pulla 300 min manat pul verdiyi də AzPolitika.info-ya daxil olan məlumatlar sırasında idi. Hərbi xədmət keçməmiş bir şəxsin yüksək vəzifə tutması isə “Dövlət Qulluğu Haqqında” Qanuna ziddir.

Bizə verilən məlumatlarda Malik Rzayevlə bağlı daha ciddi ölçünün götürüləcəyi də istisna edilmir…

Vaqif NƏSİBOV
AzPolitika.info

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tərtər rayon Mədəniyyət idarəsində nələr baş verir?

Next Post

“Kurtlar vadisi”ndəki Abdulheyin oxşarı tapıldı

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post

"Kurtlar vadisi"ndəki Abdulheyin oxşarı tapıldı

`Qurd Cəbrayıl`ın real tarixçəsi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.