Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib.
Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, açıqlamada R.Talıbovun işinin başında olduğu bildirilib.
“O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





