"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vasif Talıbovun oğlunun holdinqində 4 aydır işçilərə maaş verilmir?

01 Aprel 2023 - 20:16
in CƏMİYYƏT

“Nəqşicahan Holdinq”in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb Naxçıvanda aparılan kadr islahatlarından sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bunu “Gündəlik Naxçıvan“a holdinqdə çalışan işçilər bildiriblər.

Şikayətçilər qeyd ediblər ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr, onsuz da, ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər.

Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb:

“Dörd aya yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də işin olmayacağını deyirlər. Bizə “bu gün-sabah açılacaq” deyib ümid verirlər deyə başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da, başqa yerdə də iş tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizdə bayram da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı biz də insanıq. Bizim də övladlarımız var”.

Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb:

“Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı borc içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyirlər. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm, nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. Dörd aydır, bizi aldadırlar. Deyirlər, pul ayrılmır. Pul ayırılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?”

Qeyd edək ki, “Nəqşicahan Holdinq” Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsusdur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda müəllimlər işdən qovulur

Next Post

Biz alyansa qoşulana qədər Finlandiyanın üzvlüyü…

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Biz alyansa qoşulana qədər Finlandiyanın üzvlüyü…

Biz alyansa qoşulana qədər Finlandiyanın üzvlüyü...

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.