"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaşinqton Azərbaycan qazını Avropaya çıxarmaq üçün “desant” göndərdi

14 Oktyabr 2015 - 16:55
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1916289Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Yunanıstan-Bolqarıstan qaz kəməri (İGB) layihəsinə dair razılaşmanın yenidən təxirə salınması Amerika diplomatiyasını səfərbər edib.
Virtualaz.org saytı Yunanıstanın “Katimerini” qəzetinə istinadən yazır ki, Birləşmiş Ştatlar dövlət katibinin xüsusi nümayəndəsi Amos Hokşteyn bu qaz kəməri layihəsinə dair danışıqlar aparmaq üçün Afinaya gedib.
İGB Transadriatik Qaz Kəmərinə (TAP) birləşərək Bolqarıstan üçün Rusiya qazına alternativ mənbə təşkil etməlidir. Bu kəmərlə ildə 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstana nəqli nəzərdə tutulur. Gələcəkdə kəməri Rumıniya və Macarıstana qədər uzatmaq planlaşdırılırdı.
İGB layihəsinə dair hökumətlərarası sazişin imzalanması bu ilin əvvəllərində bir neçə aylıq təxirə salınıb. Bu günlərdə sazişin yenidən təxirə düşdüyü məlum olub.
Bildirilir ki, bundan narahat olan Vaşinqton beynəlxalq energetika məsələləri üzrə koordinator və dövlət katibinin xüsusi elçisi Amos Hokşteyni Afinaya ezam edib. Diplomat bu gün səhər Yunanıstanın energetika naziri Panos Skorletislə görüşüb. Bunun ardınca Bolqarıstanın energetika naziri Petkovla üçtərəfli danışıqların olacağı gözlənilirdi.
Hokşteynin səfəri ABŞ dövlət katibi Con Kerrinin noyabrda Afinaya səfərinə hazırlıq da hesab edilir. Gözlənilir ki, Kerrinin səfərində əsas müzakirə mövzularından biri də İGB və TAP layihələri olacaq. Birləşmiş Ştatlar İGB layihəsinə Şərqi Avropa ölkələrinin Rusiyadan qaz asılılığını azaltmaq üçün mühüm alternativ kimi baxır. Bu, ABŞ-ın energetika diplomatiyasının gündəmində ön sıralarda olan məsələdir.
Kəmərlə Bolqarıstan və digər Şərqi Avropa ölkələri həm Azərbaycan qazını, həm də Yunanıstan qaz kəmərləri sisteminə birləşməklə bu ölkəyə nəql edilən sıxılmış qazı ala bilərlər. Avropa İttifaqı da bu layihəyə xüsusi önəm verir və onun maliyyələşdirilməsinə 45 milyon avro ayırıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İTV-nin MTRŞ-ə qarşı məhkəməsi başladı

Next Post

Ziya Məmmədovun deputat qudası: “Mən ona görə niyə qaçmalıyam ki?”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ziya Məmmədovun deputat qudası: “Mən ona görə niyə qaçmalıyam ki?”

Prezidentin iradları türkiyəli məmurların dilindən - “10 dəfə bahadır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.