Polşaya 600 amerikalı əsgər üç aylıq hərbi təlimə gəlir.
Elchi.az “Unian.net”ə istinadən xəbər verir ki, onların burada italiyalı paraşutçuları əvəz edəcəyi bildirilib.
Məlumatda təlimin Polşa ilə yanaşı Baltikyanı ölkələrdə də davam etdiriləcəyi deyilib. Təlim zamanı Avrams tankları, ZTR-lər və F-16-lardan istifadə nəzərdə tutulub. Varşavadakı Amerika səfirliyi isə bu təlimləri Vaşinqtonun Rusiya aqresiyasına qarşı tutduğu mövqenin növbəti etapı adlandırıb



