"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Vaşinqton Tayms” qəzeti Azərbaycan haqqında yazıb

30 Yanvar 2015 - 10:22
in MANŞET
Toplu “Müstəqilliyini bərpa etdikdən 25 il sonra çiçəklənən ABŞ müttəfiqi” adlanır4ff2211669e8160475d2f44735a84082

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Vaşinqton Tayms” qəzeti Azərbaycan haqqında məqalələr toplusu dərc edib

ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin 29 yanvar sayında Azərbaycandan bəhs edən toplu məqalələr dərc olunub.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, “Müstəqilliyini bərpa etdikdən 25 il sonra çiçəklənən ABŞ müttəfiqi” başlığını daşıyan bu məqalələr toplusunda yer almış çoxsaylı yazıların müəllifləri arasında ABŞ Nümayəndələr Palatasının üzvləri Rendi Veber və Robert Aderholt, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, soydaşımız Rob Sobhani, tanınmış tədqiqatçı Aleks Vatanka, eləcə də “Vaşinqton Tayms” qəzetinin redaksiya heyəti dayanır.

 

Məqaləsində Azərbaycanın hansı səbəblərdən ABŞ üçün əhəmiyyət kəsb etdiyi sualına cavab gətirməyə çalışan R.Veber ölkəmizin mühüm geosiyasi mövqeyini önə çəkərək, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edir, hərbçilərimizin beynəlxalq sülhməramlı qüvvələrdə iştirakını təqdir edir və Əfqanıstanda ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığımızı vurğulayır. Konqresmen Veber fəal şəkildə ABŞ-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsindən bəhs edir.

 

Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi xarakterizə edən Robert Aderholt öz növbəsində Avrasiya məkanında onun malik olduğu əhəmiyyəti şərtləndirən amilləri Amerikan oxuyucularının diqqətinə çatdırır. Azərbaycana səfərləri və o cümlədən Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünü xatırladan konqresmen inanır ki, daha sabit və firavan Azərbaycan müvafiq olaraq daha sabit və firavan Cənubi Qafqaz üçün ümid verir.

 

Səfir E.Süleymanov yazısında Azərbaycan xalqının 20 Yanvar faciəsindən başıuca çıxaraq, azadlıq və müstəqilliyə doğru can atması və bu tarixi nailiyyətə yetişməyini vurğulayır. O, eyni zamanda dözümlülük dəyərlərinə sadiq Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin müxtəlif üzvi hissələrinin möhkəm birliyini təmin edən ənənələrin davam etdirildiyini göstərir.

 

Daha sonra məqalələr toplusunda Rob Sobhani ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın xüsusilə İlham Əliyevin prezidentliyi dövründə əldə olunmuş uğurlara nəzər salır. Aleks Vatanka isə bir az fərqli rakursdan çıxış edərək, ABŞ-ı Azərbaycana münasibətdə daha ardıcıl siyasət yürütməyə çağırır.

 

Azərbaycan barədə bu xüsusi buraxılışda həmçinin “Vaşinqton Tayms” qəzeti vasitəsilə ABŞ ictimaiyyətinə Azərbaycanın I Avropa Oyunları kimi tarixi hadisəyə ev sahibliyi edəcəyi barədə məlumat verilir, qarşıdan gələn bu Oyunların uğurla keçməsi üçün görülən fəaliyyətlərə istinad edilir və nəzərdə tutulan yarışlardan qısaca söz açılır.

 

Bundan əlavə, buraxılışda ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm kompleksi, Tovuz şəhəri və habelə yəhudi icmasının məskunlaşdığı Quba rayonunun “Qırmızı Kənd” qəsəbəsi haqqında maraqlı yazılar yer alır və turistləri Azərbaycana səfər etməyə sövq edəcək 10 mümkün səbəb sadalanır. Həmçinin “Azərbaycan Hava Yolları” QSC-in genişlənən beynəlxalq fəaliyyəti və yeni uçuşlar, xüsusilə Bakı və Nyu-York arasında birbaşa hava əlaqəsi barədə yeniliklər bölüşülür.

 

Nəhayət, xüsusi buraxılışda “Azpromo”nun dəstəyi ilə ABŞ bazarına ixrac olunan yüksək keyfiyyətli qida məhsulları barədə ətraflı məlumat təqdim olunur. Ümumilikdə, 12 səhifəlik xüsusi buraxılışda 16 məqalə və məlumat dərc edilib.

 

Yuxarıda istinad edilən məqalələrlə bu internet ünvanında ətraflı şəkildə tanış olmaq mümkündür: http://www.washingtontimes.com/specials/azerbaijan-quarter-century-restoring-independence/

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft bir az da ucuzlaşdı

Next Post

Ermənilər atəşkəsi 79 dəfə pozub

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Ermənilər atəşkəsi 79 dəfə pozub

“Aydar” taboru ləğv olunacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.