"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaşinqton və Moskvanın Bakı uğrunda müharibəsi – “Stratfor”dan ŞOK MƏQALƏ

01 Sentyabr 2015 - 09:09
in XƏBƏR LENTİ

ABŞ Mərkəzi Kəşfiyyatının kölgəsi hesab olunan “Stratfor” beyin mərkəzi Azərbaycanla bağlı məqalə hazırlayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Publika.az xəbər verir ki, “Azərbaycanın çevik milli strategiyası” adlanan məqalədə əvvəlcə Bakı bulvarının təsviri verilir və qeyd olunur ki, görkəmli binalara sahib olan Bakı yalnız Azərbaycanın siyasi və kommersiya əhəmiyyətinə malik olan məkan deyil, həmçinin, Avrasiyada aparıcı enerji oyunçusunun mərkəzidir.
“Azərbaycan müstəqilliyinin 24 ilini yaşayır. 24 il tarixi baxımdan qısadır, lakin bu müddət Azərbaycan üçün nəhəng dəyişikliyə səbəb olub. 1991-ci ildə qazanılan müstəqillik uğursuz başladı. Azərbaycan həmin vaxt Ermənistanla müharibənin tam ortasında idi. Mixail Qarbaçovun başladığı yenidənqurma zamanı Ermənistan etnik ermənilərin əli ilə Qarabağı zəbt etdi. Müharibə tam yeddi il davam etdi və minlərlə həyat bahasına başa gəldi. Sonda Azərbaycan təkcə Qarabağı itirmədi, həmçinin, 7 rayondan məhrum oldu. Müstəqilliyinin ilk illərində Azərbaycanın siyasi arenası olduqca qarışıq idi. Üç ilə üç hökumət dəyişikliyi oldu. 1992-ci ildə birinci prezident Ayaz Mütəllibovu Əbülfəz Elçibəy əvəz etdi. 1993-cü ildə hakimiyyətə Heydər Əliyev gəldi. Müstəqil Azərbaycanın üçüncü prezidenti kimi Heydər Əliyev ölkəni birləşdirməyi və siyasi qaydalar tətbiq etməyi bacardı. Ermənistanla atəşkəs bağlandı. Heydər Əliyev bu gün də tətbiq olunan Azərbaycanın milli strategiyasını yaratdı. O, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün enerji ehtiyatlarından istifadə etməyə başladı. Böyük layihələrə imza atdı və ölkəni 1990-cı illərdə Qərbi neftlə təmin edən əsas resurslardan birinə çevirə bildi. Heydər Əliyev həmçinin ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün xarici güclər arasında balanslaşdırılmış siyasət yürütməyə başladı. Azərbaycan Qafqaz regionunda Rusiya, Türkiyə, İran, Birləşmiş Ştatlar və Avropa ilə eyni münasibətləri qoruyub saxlayır, onların heç birinə meyl etmir. Azərbaycan nə Ermənistan kimi Rusiya ilə hərbi cəhətdən bağlandı, nə də Gürcüstan kimi Qərbə üz tutdu. O, Türkiyə və İranla iqtisadi münasibətlərini genişləndirdi”- deyə məqalədə bildirilir.
“Stratfor” yazır ki, Heydər Əliyevdən sonra Prezident İlham Əliyev enerji resurslarının hesabına Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi və onu şaxələndirdi: “Hərbi xərclər ərazi bütövlüyünü bərpa etmək üçün artırıldı. İlham Əliyev də Heydər Əliyevin qurduğu milli strategiyanı izlədi. Rusiya, Türkiyə və Qərb arasında eyni məsafə saxladı və onların heç birinin yanında yer almadı. Bakı Tehranın nüvə proqramı üzrə Qərb-İran danışıqlarından tutmuş, 2008-ci ilə Gürcüstan müharibəsində qədər geniş regional dinamikanın effektlərini diqqətlə izlədi. Azərbaycan ittifaqlarda yer almaqdan boyun qaçırdı, o, geosiyasi şərtlərə əsaslanan bütün tərəflərlə iş görməyə üstünlük verir”.
Məqalədə qeyd olunur ki, Ukrayna böhranından sonra Rusiya və Qərb arasında toqquşma geosiyasət baxımından Azərbaycan üçün də çətinliklər yaradır: “O, Avropada enerji payçısı olmaq uğrunda səylərini artırıb. Transxəzər layihəsində iştirak etməyə razıdır. Ukrayna münaqişəsində Rusiyanın zəifləməsi Bakıya Dağlıq Qarabağı qaytarmaq üçün də əlavə şanslar verir. Hazırda Azərbaycan regionda Qərb və Rusiya üçün eyni dərəcədə əhəmiyyətli ölkədir. Vaxtilə Azərbaycan balans siyasətindən öz müstəqilliyini qorumaq üçün istifadə edirdi. Hazırda bu siyasət Avrasiyada vacib oyunçu və regional güc olmağa xidmət edir”.

Asif Nərimanlı

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabir Rüstəmxanlı: “Yaxşı ki, o qızı mənə vermədilər” – MÜSAHİBƏ

Next Post

Brent neftinin qiyməti 52 dolları keçib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Brent neftinin qiyməti 52 dolları keçib

Şəkidə zəlzələ oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.