"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaşinqtonlu analitiklər: ABŞ və Azərbaycan arasında münasibətlərin çətin günləridir

16 İyul 2015 - 17:46
in XƏBƏR LENTİ

Vaşinqtonlu analitiklər: ABŞ və Azərbaycan arasında münasibətlərin çətin günləridir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Amerika-Azərbaycan ikitərəfli əlaqələri 1990-cı illərdə, hətta 2000-ci ilin əvvəllərində güclü idi, lakin indi demək olar ki, bu əlaqələr dondurulub, amerikalı analitiklər belə hesab edirlər.
İndiki münasibətlər hər iki tərəfdən özünü doğrultmayan gözləntilərin və məyusluqların nəticəsidir. Brukinqs İnstitutunda Mərkəz direktoru Fiona Hill belə hesab edir.
Mayın 15-də Vaşinqtonda Qərbin Cənubi Qafqazda siyasətinə həsr olunan konfransda çıxış edən F.Hill qeyd edib ki, ötən ilin əvvəlində Azərbaycanda vətəndaş cəmiyyəti və qərb institutlarının sıxışdırılması fonunda Bakı və Vaşinqton arasında münasibətlər kəskin pisləşib.
Azərbaycanda yüksək vəzifəli dövlət məmurları Amerika administrasiyasını antiazərbaycan siyasətində, həmçinin antisemitizm və antiislamda ittiham etməyə başlayıblar.
F.Hill hesab edir ki, Cənubi Qafqazda Rusiya, ABŞ və Aİ-nin maraqları toqquşur, onların regionla bağlı yanaşmaları üst-üstə düşmür. ABŞ, Aİ və Türkiyə “ayrı-ayrılıqda yox, bir yerdə işləməlidirlər”, diqqəti Ermənistan, Azərbaycan və Gürcüstanın dəstəklənməsinə yönəltməlidirlər, o vurğulayıb.
Aİ-nin ABŞ-dakı nümayəndəsi Klaus Botzet onunla razıdır. O güman edir ki, Aİ Qafqaz ölkələri ilə münasibətlərinə sadiqdir və mühüm resurslar qoya bilərlər.
Eyni zamanda əlavə edib ki, “biz öz dəyərlərimizi – demokratiya, insan hüquqları, söz azadlığı – qurban verməyəcəyik”.
“Şərq tərəfdaşlığından danışan K.Botzet qeyd edib ki, Gürcüstan bu proqramdan artıq faydalanıb: assosiasiya haqqında sazişdən sonra Gürcüstanın Avropaya ixracı 12%, Moldovanın isə 20% artıb.
Moldova artıq vizasız rejimdən istfadə edir. Gürcüstan ilin sonunadək analoji  hüquq əldə edəcək. Eyni zamanda Avropa tərəfdaşlıq siyasəti dəyizməz qalır və biz Azərbaycanla işi dayandırmayacağıq”, – o vurğulayıb.
Türkiyənin regiondakı rolundan danışan bu ölkənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz deyib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində anlaşılmazlıq və yanılma olmayıb. “Bu 2008-ci ildə regionda Türkiyə xarici siyasətinin məntiqi nəticəsi idi”.
Hazırda Ankara Suriya probleminə yönəlib. “Bu o demək deyil ki, biz Cənubi Qafqazı unutmalıyıq”, – o qeyd edib.
Tədbirin digər iştirakçıları Qarabağ münaqişəsi səbəbindən gərginliyin artdığını qeyd ediblər.
“Bu cür münaqişələri həll edilməmiş saxlamaq təhlükəlidir”, – dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib.
“Kiçik islahatlar eyni zamanda sülh danışıqları ilə birlikdə davam etdirilməlidir”, – o bildirib və əlavə edib ki, Vaşinqton dinc nizamlanma yolunun axtarışı məqsədilə Azərbaycanla Ermənistan arasında dialoqun davam etdiriləcəyinə ümid bəsləyir.
“Hər iki ölkə durumun kəskinləşməsindən qaçmalıdır, çünku münaqişənin hərbi yolla həlli yoxdur”, – Rubin vurğulayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib. İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Next Post

Dilqəmin şok görüntüsü Azərbaycanı hərəkətə keçirdi (VİDEO, FOTO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dilqəmin şok görüntüsü Azərbaycanı hərəkətə keçirdi (VİDEO, FOTO)

Dante İŞİD-ın hədəfində (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.