Katolik Kilsəsinin baş qərargahı olan Vatikan, uşaqları obyektə çevirdiyini əsas gətirərək surroqat analığın bütün dünyada pislənilməsini və cinayət kimi qadağan edilməsini istəyib.
Elchi.az xəbər verir ki, Xristian antropologiyasına görə, “insan ləyaqətinin ayrılmaz təbiətinə sadiqliyini təsdiqləyən” Vatikanın İnanc Doktrina Şurası Nazirliyi və “surroqat analıq” metoduna qarşı çıxan 5 illik araşdırmanın məhsulu olan yeni “Sonsuz Şərəf” (Dignitas Infinita) bəyannaməsini ictimaiyyətə açıqlayıb.
Bəyannamədə qadınların və uşaqların ləyaqətinin “surroqat analıq” tərəfindən ciddi şəkildə pozulduğu bildirilib və əlavə edilib: “Uşaq həmişə hədiyyədir və heç vaxt kommersiya müqaviləsinin əsası ola bilməz.
Ana bətnində doğulmamış uşaqdan başlayaraq, insan həyatı nə basdırıla, nə də ticarət malına çevrilə bilməz. Bu baxımdan qadın və uşaqların ləyaqətinə ciddi zərbə vuran surroqat analıq adlanan təcrübə təəssüf doğurur”.
Bəyannamədə surroqat analıq praktikasının ananın maddi ehtiyacının istismarına əsaslandığı bildirilib və əlavə edilib: “Ona görə də biz beynəlxalq ictimaiyyəti bu təcrübənin universal qadağanını müəyyən etməyə çağırırıq”. ifadəsi işlədilib.
Digər tərəfdən, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk, İnanc Doktrinası Nazirliyinin bu bəyanatından əvvəl o, keçən həftə surroqat anadan doğulan və bu məsələyə qarşı mübarizə aparan 32 yaşlı Olivia Maurel ilə görüşüb.
Yanvar ayında Roma Papası surroqat analığa qlobal qadağa qoymağa çağırıb.
İtaliyada Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökuməti də ötən il surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Parlamentin aşağı palatası olan Nümayəndələr Palatası hökumətin bu təklifini 2023-cü ilin iyulunda təsdiqləyib. Surroqat analıq yolu ilə xaricdə uşaq sahibi olan İtaliya vətəndaşlarının qanuni şəkildə cəzalandırılmasını da nəzərdə tutan sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün parlamentin yuxarı palatası olan Senatda müzakirə edilməli və səsə qoyulmalıdır.
Şayəstə Hüseynova






