Venesuela Prezidenti Nikolas Maduro Federal Hökumət Şurasının iclası zamanı ona qonşu Qayana ərazisi olan Essequibo regionunun daxil olduğu xəritəni göstərib. Elchi.az xəbər verir ki, bu barədə “Ultimas Noticias” məlumat yayıb.
Venesuelanın yeni 24-cü ştatı “Guyana-Essequibo” olaraq təyin olunub. Maduronun sözlərinə görə, xəritənin ölkənin təhsil müəssisələrində yayılması planlaşdırılır.
Qeyd edək ki, dekabrın 3-də Venesuelada referendum keçirilib və bu referendumda venesuelalıların 90 faizindən çoxu qonşu Qayananın üçdə ikisindən çoxunu əhatə edən Essequibo bölgəsinin ilhaqına səs verib.
Bununla əlaqədar Maduro Qayana ilə mübahisəli Essequibo ərazisini bütün müdafiə zonası elan edib və dənizdə fəaliyyət göstərən neft şirkətlərinə Essequibodan çıxmaları üçün üç ay vaxt verib. Ölkə lideri əlavə edib ki, danışıqlara açıqdır. “Beynəlxalq hüquqa hörmətlə, qanunlara hörmətlə, mehriban qonşuluğa hörmətlə” – deyə siyasətçi qeyd edib.
Havar Şəfiyeva






