Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Ukraynadakı münaqişənin gedişatını şərh edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının kuluarlarında Pinto Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırıb və silah tədarükü diplomatiya ilə əvəz edilməli olduğunu vurğulayıb.
Pinto daha əvvəl Avropa ölkələrini ABŞ-ın maraqlarına uyğunlaşmağa davam etsələr, gələcəyin nə gözlədiyi barədə danışıb. Onun fikrincə, bu, Aİ-nin zəifləməsinə gətirib çıxaracaq.
Havar Şəfiyeva





