"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vergilər Nazirliyində xüsusi qərargah yaradıldı

05 Dekabr 2017 - 13:24
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Vergilər Nazirliyində xüsusi qərargah yaradıldı
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Elchi.az-ın nazirliyə istinadən verdiyi məlumatına görə, bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 134 566 yeni vergi ödəyicisi (o cümlədən 9 864 hüquqi, 124 702 fiziki şəxs) dövlət qeydiyyatından keçib, yüksək dövriyyəyə malik 3 189 əlavə dəyər vergisi (ƏDV) ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb.

Onun sözlərinə görə, hesabat dövründə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

Nazir qeyd edib ki, dövlət başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb.

Həmçinin, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarına əsasən bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Vergilər Nazirliyinin elektron informasiya sisteminin günün tələblərinə uyğun qurulmasına zərurət yaranıb.

İclasda büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Bununla yanaşı, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) gücləndirilmiş elektron imza (o cümlədən “Asan İmza”) vasitəsi ilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırlıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhə xəttində monitorinq keçiriləcək

Next Post

Azərbaycanda bu telekanallar da yayımlanacaq — SİYAHI

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Azərbaycanda bu telekanallar da yayımlanacaq — SİYAHI

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.