“Avropa İttifaqı (Aİ) 2008-ci ildə Ukraynanın NATO-ya üzvlük imkanından danışaraq Rusiya ilə münasibətlərdə qəsdən sərhədi keçdi”.
Elchi.az xəbər verir ki, bunu müəssisə və sənaye üzrə Avropa komissarı Günter Verheugen deyib.
“Mən əminəm ki, 2008-ci ildə Ukraynaya NATO-ya üzv olmaq təklifi bilərəkdən və düşünülmüş şəkildə sərhədi keçmək idi, bu, Rusiya üçün təhlükəsizlik maraqlarına görə qəbuledilməz idi”.
O, qeyd edib ki, Aİ daha sonra Ukraynanın təşkilata qoşulması ideyasını irəli sürüb və ABŞ prezidenti Barak Obama Rusiyanı regional güc adlandırıb.
Verheugen belə bir strategiyanın səhv olduğuna inanır. Onun fikrincə, daha yaxşı olardı ki, Lissabondan Vladivostoka qədər iqtisadi zonanın əsası Ukrayna olsun.
Yeganə






