"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

VHM təqdimat keçirdi – FOTO

30 Dekabr 2014 - 14:50
in CƏMİYYƏT

30 Dekabr 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının təqdimat tədbiri keçirilib. Tədbirdə ictimai xadim və mətbuat işçiləri iştirak edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

20141230_124524Tədbiri giriş sözü ilə VHM sədrinin ictimai məsələlər üzrə müavini Vüqar Ələkbərov açıb. O bildirib ki, VHM-in yaranma zərurəti vətəndaşlarla dövlət arasında körpü rolunu oynamaq, Azərbaycan insanının maarifləndirilməsinə xidmət etməkdir.

Daha sonra VHM sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini Tural Əliyev çıxış edib. T. Əliyev qeyd edib ki, VHM bitərəf təşkilatdı.Heç bir siyasi partiyanın və siyasi qanadın üzvü deyil və  dəstəkləmir. Siyasi mübarizə aparmır. Hər bir vətəndaşın,cinsindən,siyasi baxışından,sosial mənşəyindən,irqindən və miliiyətindən aslı olmayaraq hüquqlarını müdafiə edir. Biz təşkilat olaraq istənilən qanun pozuntusuna qanun çərçivəsində yanaşacayıq. Ən əsası bitərəf və qərəzsiz. Bizim üçün ən vacib olan insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunmasıdı. Fəaliyyətimizi bu yöndə quracayıq. Daima dövlətdən tələb edəcəyik ki,vətəndaşların hüquqlarının qorunmasında və təmin edilməsində götürdüyü öhdəliyə sadiq qalsın. Bərabarhüquqluğu daima qoruyub saxlasın. Yuxarıda qeyd etdiyim ki,bu sahə gündəlik həyatımızın ayrılmaz sahəsidir.Hər bir vətəndaş istər öz,istərsə digər vətəndaşlarının hüquqları uğrunda mübariz apara bilər.Sözsüz ki,qanun çərçivəsində. Biz təşkilat olaraq düşünür ki,bu sahədə boşluqlar var. Təşkilat olaraq öz şüarımızı da seçmişik. Hüququ pozulmuş vətəndaş sivil ???????????????????????????????cəmiyyət və dövlət üçün təhlükəlidir.Əslində bu şüarımızda fəaliyyatimizin nədən ibarət olacağını görmək o qədər də çətin deyil.Burda təkcə hüququ anlamda yox,sosial və psixoloji aspektdən də baxmaq lazımdır.Yəni,fəaliyyətimiz təkcə vətəndaşın hüququ pozulduqdan sonra deyil,həm də bu halin baş verməməsi üçün maariflənmə işləri aparılacaq. Düşünürük ki, bu sahədə də problemlər var.

20141230_123504Təbii ki,bu məsələləri tez bir zamanda həll etmək mümkün deyil. Hər bir sahədə  olduğu kimi  bu sahədə də komleks yanaşmağı düşünürük. Bir məsələyə diqqətinizi çəkmək istərdim.Daha doğrusu aydınlıq gətirmək istərdik. Əslində daha öncə qeyd etmişdim.Fəaliyyətmiz bütün sosial təbəqələri əhatə edəcək.Burda təkcə hər hansı siyasi partiya üzvünün və ya ictimai-siyasi mübarizə aparan şəxsin və ya şəxslərin deyil,bütün sahələrdə hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpa və təmin edilməsində hüququ yardım göstərəcəyik.

Nə üçün mən bunu vurğuladım? Çünki son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri siyasi və vicdan məhbusları məsələsidir.Bizim də bu sahədə açıqlamalarımız və bəyanatlarımız olacaq.Biz hesab edirik ki,hüquq müdafiə təşkilatı olduğumuz üçün yalnız və yalnız qanun çərçivəsində baxa bilərik. Bunun üçün araşdırmalara ehtiyac duyulur. Bitərəf  təşkilat olduğumuz üçün hər bir məsələyə də bitərəf yanaşacayıq.Bu bizim başlıca amalımızdır.Bəzən bəzi hüquq müdafiə təşkilatları məsələlərə qərəzli yanaşırlar.Hüquq dəqiq elm olduğu üçün  istənilən məsələyə yalnız qanun çərçivəsində yanaşıb düzgün qərar qəbul etmək olar.Amma istənilən anda hər bir vətəndaşın hüquq yardım almaq hüququ var.Təşkilat olaraq biz bunu vəzifə borcu kimi qəbul edirik.Və bizim bir başa olaraq ən başlıca vəzifə və məramımıza daxildir.

20141230_123606Nəhayət, belə bir nəticəyə gəlirik ki, bu gün artıq bütün bəşəriyyət  başa düşmüşdür ki, insan hüquqları qorunmadıqca, təmin olunmadıqca və hər gün dünyanın müxtəlif yerlərində minlərlə insanın hüququ pozulduqca yer üzərində nə hüquqi, nə də demokratik dövlətlərin qurulmasından danışmaq olmaz.Buna görə də, bütün bəşəriyyət insan hüquqlarının təmin olunması üçün daha sıx birləşməlidir.

Güman edirəm,qısaca da olsa öz təşkilatımız barədə məlumat verə bildik. Biz də var gücümüzlə çalışacayıq ki,insanların hüquq və azadlıqlarının təmin edilməsində və qorunmasında aktiv fəaliyyət göstərək.İstənilən hüququ pozulmuş vətəndaşımıza vaxtında kömək edə bilək. İnsanlara hüququ yardım etməkdən zövq alaq. Bu prinsip bizim başlıca vəzifəmizə çevrilə bilsin.

Sonda hər birinizə diqqətinizə və iştirakınıza görə təşəkkür edirik. Hər birinizi Qarşıdan gələn Dunya Azərbaycanlılarının Həmrəylik və Yeni İl münasibəti ilə təbrik edir,hər birinizə xoş arzularımızı çatdırırıq. İnanaq və arzu edək ki,2015 ci il hər birimiz üçün uğurlu olacaq və heç bir insanın hüququ pozulmayacaq.

Dəvət olunan qonaqlardan, “Zərdabi Mətbuat Mərkəzinin” nümayəndəsi Əsəd Əliyev çıxış edərək VHM-ə uğurlar arzulayıb.

???????????????????????????????Bundan sonra təşkilatın saytının təqdimatı baş tutub. Təşkilatın internet ünvanı olan vhm.az  saytının digər saytlardan fərqi, xüsusilə də sayta yerləşdirilmiş hüquqi bazadan bəhs olunub.

Tədbiri VHM sədri Elnur Məmmədli yekunlaşdırıb. Təşkilat haqqında geniş məlumat verən E. Məmmədli bildirib ki, VHM-in fəaliyyəti dar çərçivədə məhdudlaşmayacaq və ictimaiyyət çox yaxın zamanlarda bu təşkilatın həyata keçirəcəyi böyük layihələrdən xəbərdar olacaq. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevn 29 Dekabr 2014-cü ildə imzaladığı sərəncamın humanist və lazımlı addım olduğunu bildirən, VHM sədri həbsdə olan Baş redaktorlar Əvəz Zeynallının və Sərdar Əlibəylinin azadlığa buraxılmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünyanın maliyyə bazarı kimin nəzarəti altındadır?

Next Post

Neft son 5 ildə ən ucuz qiymətə düşdü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Neft son 5 ildə ən ucuz qiymətə düşdü

"Ebola" virusuna qarşı peyvənd icad olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.