"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Vikileaks” Hillari Klintonun erməni məsələləri üzrə gizli yazışmalarını dərc edib

31 Oktyabr 2016 - 20:02
in XƏBƏR LENTİ
“Vikileaks” Hillari Klintonun erməni məsələləri üzrə gizli yazışmalarını dərc edib

Ermənistan mətbuatında dərc olunan yazışmalara görə, Klintonun vitse-prezidenti türk ola bilərmiş
Bütün dünya “Vikileaks”in dərc etdiyi dünya diplomatlarının daxili elektron yazışmalarını maraqla izləyir. Bunların arasında Türkiyənin hakim Ədalət və İnkişaf partiyasına aid 400 min məktub, ABŞ diplomatlarının 2,8 milyon depeşası, Hillari Klintonun dövlət katibi olarkən 30 minə yaxın göndərdiyi və aldıqları məktublar, Demokrat Partiyanın serverindən oğurlanan 27 min yazışmalar var.
Musavat.com Ermənistan mətbuatına istinadən həmin məlumatlardan Ermənistanla bağlı bəzi faktları təqdim edir:
1. 2015-ci ilin aprelin 19-da Hillari Klintonun xarici siyasi məsələləri üzər müşaviri Ceyk Sallivan seçki qərargahının bir sıra rəhbər şəxslərinə, o cümlədən qərargahın rəhbəri Con Podestaya məktub göndərərək, onların qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatla çıxış edib-etməyəcəklərini soruşub.
JakeSullivan.jpg
Sallivan Klintonun həm senator , həm də prezidentliyə namizəd (2008-ci ildə) olarkən söylədiyi, lakin dövlət katibi postunda demədiyi “soyqırım” ifadəsini işlədib-işlətməyəcəyi  ilə də maraqlanıb.
Ceyk Sallivan məktubunda Ağ Evin inadla “soyqırım” ifadəsini işlətməkdən qaçdığını qeyd edib.
Ceyk Sallivan Klintonun qərargahının qondarma “erməni soyqırımı” üzrə bəyanatla çıxış edib-etməyəcəyi, yoxsa erməni təşkilatlarından gələcək müraciətləri gözləməyin daha yaxşı olacağını da  xəbər alıb.
Bundan bir neçə saat sonra Podesta cavab məktubunda Roma papasının “soyqırım” haqqında söylədiyi sözlərin bəyanata daxil olunmasını təklif edib. Daha sonra isə Klintonun seçki qərargahı ümumiyyətlə belə bir bəyanat verməkdən imtina edib.
 
2. 2015-ci ilin sentyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyinin müşaviri İsmail Çobanoğlu seçki qərargahının rəhbəri Con Podestaya məktub göndərərək baş nazir Əhməd Davudoğlunun sentyabrın 26-30-da gerçəkləşdirəcəyi ABŞ səfəri zamanı xanım Klintona “nəzakət ziyarətini “ həyata keçirmək niyyətini bəyan edib.
Ismail Cobanoglu
Maraqlıdır ki, Çobanoğlu bununla bağlı ilk öncə Dövlət Departamentinə yazdığını, lakin həmin qurumdan xanım Klintonun artıq dövlət katibi olmadığı barədə cavab aldıqlarını qeyd edib.
Çobanoğlu öz məktubunda Davudoğlunun Hillari Klintonu “vaxtilə həmkar olduqları müddətdə köhnə dostluqlarından dolayı” görmək istədiyini qeyd edib.
Elə həmin gün Con Podesta cavabında Hillari Klintonun iş qrafikinin olduqca sıx olduğunu, lakin bu görüşün imkan olarsa onun üçün prioritet xarakteri daşıyacağını bildirib. Podesta bu məqsədlə seçki qərargahının rəhbəri Huma Abedinin vəzifələndiriləcəyini diplomatın diqqətinə çatdırıb.
Картинки по запросу john podesta
Daha sonra Podesta Abedindən bu görüşü necə təşkil edəcəyini soruşub. Sonuncu isə Çobanoğluya verdiyi  yazılı cavabda Hillari Kllintonun bu görüşə çox şad olacağını, lakin həmin günlərdə görüşü gerçəkləşdirməyin çətin olacağını vurğulayıb: “Biz qrafik düzəldikdən sonra sizə xəbər edəcəyik”, deyə məktubda qeyd edilib. Həmin görüşün həqiqətən baş tutması barədə isə heç bir məlumat yoxdur.
3. 2010-cu ilin dekabrın 17-də dövlət katibi Hillari Klintonun aparat rəhbərinin müavini  Huma Abedin yazılı surətdə öz şefinə ABŞ-ın Federal apelyasiya məhkəməsinin qondarma soyqırım qurbanlarının 3 alman sığorta şirkətindən təzminat tələb edə biləcəyi barədə qərarını çatdırıb.
Картинки по запросу huma abedin
Maraqlıdır ki, həmin yazıda Abedin xarici işlər naziri Əhməd Davudoğlunun bu məhkəmə qərarı ilə bağlı olaraq Klintonla telefon söhbəti apardığını onun diqqətinə çatdırıb.
Növbəti gün isə Dövlət Departamentinin hüquqi məsləhətçisi Harold Kox Hillari Klintonun aparatının müavini Ceyk Sallivana və dövlət katibinin icraçı assistenti Co Mal-Manusa məhkəmənin qərarının surətini “olduqca vacib” qrifi ilə Klintona çatdırılmasını xahiş edir.
Maraqlı burasındadır ki, bundan sonra federal məhkəmə həmin qərarı ləğv edir.
Nəhayət 2016-cı ilin martın 16-da Con Podesta Klinton administrasiyasına vitse-prezident vəzifəsini tutacaq 39 ismin adını göndərir. Həmin siyahıda Coca-Cola şirkətinin prezidenti, türk əsilli Muxtar Kentin də adı yer alır.
Qeyd olunur ki, Muxtar Kentin atası Necet Kent Türkiyənin Nyu-Yorkda baş konsulu olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hava yenə pisləşəcək, qar yağacaq – Xəbərdarlıq

Next Post

Ərdoğan gözlənilməz “Polad Ələmdar” qərarı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan gözlənilməz "Polad Ələmdar" qərarı

Çingiz Mustafayev: "Düşündüm ki, məni Bakıda sürüyəcəklər" - (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.