Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Elchi.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Baş müstəntiqi Qurban Qurbanov vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə polis mayoru Q.Qurbanov Ağstafa RPŞ-yə əməliyyat işləri üzrə müavin təyin edilib.(oxu.az)






