"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Viza rejimini sadələşdirməklə bağlı çətin seçim: turizm, yoxsa təhlükəsizlik?

24 Avqust 2016 - 09:03
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Viza rejimini sadələşdirməklə bağlı çətin seçim: turizm, yoxsa təhlükəsizlik?

Çingiz İsmayılov: “Azərbaycanda təhlükəsizliyin təmin olunması üçün avropasayağı sadələşdirməyə getməməliyik”; Elxan Şahinoğlu: “Terrorist əgər hər hansı ölkədə terror törətmək istəyirsə, viza onun üçün maneə deyil”

Bu il ölkəmizə gələn turist sayı, xüsusən də ərəb ölkələrindən gələnlər əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artdı. Məlum olduğu kimi, turizmə təkan verən amillərdən biri də viza rejiminin sadələşdirilməsidir. Hazırda dünyanın əksər ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər viza almaq üçün çətin prosedurlardan keçməli olur, Azərbaycanın həmin ölkədəki konsulluğuna müraciət etmək üçün məsafə qət etməli olurlar. 
Bu baxımdan, ekspertlər hesab edir ki, viza rejiminin sadələşdirilməsi ölkəyə daha çox turist cəlb etmək baxımından zəruridir. Digər tərəfdən, bəzi ekspertlər hesab edir ki, hazırda dünyanı bürüyən terror təhlükəsi varkən, viza rejiminin sadələşdirilməsi arzuolunmaz addımdır. 
 
Turizm  məsələləri üzrə ekspert Çingiz İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, viza sadələşdirilməsi ilə bağlı qərar verərkən dünyada cərəyan edən prosesləri nəzərə almaq lazımdır: “Bizim respublikamızın geosiyasi mövqeyi, coğrafi vəziyyəti və ətrafımızda və Orta Şərqdə gərginliyin yaranması, qaçqınların axını, miqrantların bir hissəsinin buraya maraq göstərməsi vizanın sadələşdirilməsini yox, vəziyyətə uyğun olaraq tədbirlərin görülməsini tələb edir. Hesab edirəm ki, biz Azərbaycanda təhlükəsizliyin təmin olunması üçün avropasayağı sadələşdirməyə getməməliyik. Mövcud təhlükələri nəzərə alaraq vizanın verilməsinə müvafiq qaydalara riayət edilməsini təmin etməliyik. Sırf Avropa vizanı sadələşdirir deyə, biz də bunu etməliyik yanaşması doğru deyil. Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə uyğun olaraq viza rejimi də tənzimlənməlidir. Ona görə də xüsusi olaraq avropalılar üçün və ya digərləri üçün xüsusi qanun verilməməlidir. Hamı üçün eyni qanun tətbiq edilir və o qanuna da riayət etmək lazımdır. Burada nəyinsə xatirinə, hansısa standartlara uyğun olmaq üçün sadələşdirməyə ehtiyac yoxdur”.
Ekspertin fikrincə, elektron viza rejimini tətbiq edərkən də riskləri nəzərə almaq lazımdır: “Elektron şəbəkədən hamı istifadə edir. Potensial terrorist də elektron müraciət edə bilər. Viza verərkən İnterpolla da maraqlanmaq lazımdır, həmin insanın cinayətkarlar siyahısında olub-olmadığı araşdırılmalıdır. Onlar hamısı nəzərə alınmalıdır. İndi təhlükəsizlik məsələsi hər şeydən vacibdir. Görün Türkiyədə nələr baş verir. Bu ölkədə təhlükəsizlik sahəsində böyük təcrübə olsa da, nə qədər təhlükə yaşanır. Fikrimcə, dünyada cərəyan edən indiki mürəkkəb şəraitdə  vizanın sadələşdirilməsi düzgün deyil”.
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında təhlükəsizlik tədbirlərini turizmin önündə bir əngəl olaraq qoymağın tərəfdarı olmadığını vurğuladı:“Müsbət addımların qarşısını bu cür iddialarla almaq olmaz. Bir tərəfdən deyirik ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır, iqtisadiyyat diversifikasiya olunmalıdır. Bunun üçün də iki önəmli sahəni əsas götürürük, kənd təsərrüfatı sahəsi və turizm. Turizmə böyük önəm veririk, müxtəlif rayonlarda infrastruktur yaradılır. Turistlərin ölkəmizə daha çox gəlməsinə çalışırıq ki, bu yolla büdcə gəlirləri artsın. Turist sayının artması üçün vizanın sadələşdirilməsinə ehtiyac var. Bəzi ekspertlər də bunun əleyhinə çıxır ki, vizanı sadələşdirsək təhlükə ilə üzləşə bilərik”.
 
E. Şahinoğlu viza rejiminin sadələşdirilməsinin Azərbaycan üçün təhlükə yaratmayacağını vurğuladı:“Türkiyə hər tərəfdən təhlükələrlə üz-üzədir. İŞİD, PKK və  FETÖ terror təşkilatları Türkiyəni hədəfə alıb. Buna baxmayaraq, Türkiyə yenə də turizmə üstünlük verir. Çünki bilir ki, turizmdən gələn gəlir ölkənin inkişafına xidmət edir. Ancaq bu o demək deyil ki, Türkiyədə törədilən terror hadisələri viza rejiminin sadələşdirilməsi ilə bağlı olsun. Türkiyədə bu terror aktlarını törədənlər əslində viza ilə gələnlər deyil, Suriyadan gələnlərdir, Türkiyənin öz içindəki terrorçulardır. Heç bir şəxs Avropa ölkələrindən və ya ərəb ölkələrindən turist kimi gəlib partlayış törətməyib, belə bir fakt yoxdur. O baxımdan, mən bu iki məsələni bir-birinə bağlamağı düzgün hesab etmirəm. Vizaları yumşaltmaq lazımdır, internet üzərindən vizanın əldə edilməsini təmin etmək lazımdır. Azərbaycanda bu sahədə müəyyən işlər görüldüyü üçün ölkəyə turist axını bir qədər artıb. Bu, büdcə üçün önəmli gəlir olmasa da, başlanğıc üçün pis deyil. Doğrudur, təhlükəsizlik sistemini də gücləndirmək lazımdır, ancaq bu, vizanın sadələşdirilməsinə mane olmamalıdır. Terrorist əgər hər hansı ölkədə terror törətmək istəyirsə, viza onun üçün maneə deyil. Azərbaycanda son illərdə nə qədər terrorçu təşkilatlar yaxalanıb. Məgər onlar vizasız gəlmişdi? O işi görmək istəyən viza da ala bilər. Terrorçu nəsə plan qurursa, vizanı almaq onun üçün problem deyil.   Buna görə ölkənin sərhədlərini bağlamaq doğru deyil”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

”Elçibəyin Azərbaycanı sevdiyi kimi…” – bir həyat hekayəsi

Next Post

`Gülənin ekstradisiyası bir az zaman alacaq`- Bayden

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Gülənin ekstradisiyası bir az zaman alacaq`- Bayden

Girdimançayın rəngi niyə dəyişib? – Rəsmi açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.