"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

12 Aprel 2017 - 15:06
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yəqin ki, çox az adam bilir ki, Avropada elə dövlətlər var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinadır.

Qeyd edək ki, bu ölkələr keçmiş Yuqoslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.

Elchi.az turizm.fins.az-a istinadən azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.

Makedoniya

Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı, tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi – “Saat Kula”ya da tamaşa etmək mümkündür. Bundan başqa, Skopye qalası və qədim Çarşiya bazarına da tamaşa etmək olar. Qeyd edək ki, Makedoniyaya Bakıdan birbaşa uçuş olmadığından Türk Hava Yolları (THY) ilə fasiləli uçuşla biletə 410 manatdan başlayan qiymətlərlə uçmaq olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.

Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.

Skopyedə hostellərə gəlincə, paytaxtın mərkəzi küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki, əgər turizm şirkəti ilə adıçəkilən ölkəyə 3 gecə, 4 günlük turpaket sifariş etsəniz, bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.

Bosniya və Herseqovina

Saraevo şəhərinə səfər etmək üçün THY-dan bilet almaqla səfər edə bilərsiniz. Bir nəfərin iyun ayında Saraevo gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.

Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.

Bosniya və Herseqovina paytaxtında qonaqlamaya gəlincə isə 4 ulduzlu hotellərdə 100-144 manata səhər yeməyi daxil qonaqlamaq olar. Hostellərdə isə 10 manatdan başlayan qiymətlərlə gecələmək mümkündür.

Saraevoda restoranlara gəlincə isə 13 manat ödəməklə nahar etmək mümkündür. Bu qiymətə borş+göbələkli pasta və çay sifariş etmək olar. 5 manat ödəməklə isə yerli sup növlərindən sifariş etmək olar. Qeyd edək ki, adları sadalananlar qonşu ölkələr olduğundan xərclər, demək olar ki, hamısında eynidir.

Albaniya

Tirana şəhərinə THY-dan bilet alaraq səfər etmək mümkündür. Belə ki, bu zaman aralarında bir həftəlik fərq olan gediş-gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.

Tiranada çoxlu sayda parklar var. Bundan başqa, şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.

Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəniz, 718 dollar ödəməklə Albaniyada 3 gecə, 4 gün istirahət etmək olar.

Tiranada 3 ulduzlu hotellərdə 50-60 manat ödəməklə qonaqlamaq olar. Hostellərdə isə 13 manat ödəməklə qalmaq olar.

Tirana restoranlarında adambaşına 10 manat ödəməklə iki cür yemək sifariş etmək olar. Şəhər ictimai nəqliyyatından isə 0,44 manat ödəməklə bir istiqamətdən digərinə getmək mümkündür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Atasını ürəyindən bıçaqlayan gənc: “O, şeytan idi”

Next Post

“İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir"

İslamiadada yığmamızın heyəti

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.