Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden və digər yüksək rütbəli ABŞ rəsmilərinə qarşı beynəlxalq araşdırma aparılmalıdır.
Elchi.az xəbər verir ki, Rusiyalı siyasətçinin sözlərinə görə, Bayden özünü tarixə strateji tərəfdaşlarının enerji infrastrukturunun dağıdılmasına göstəriş verən terrorçu kimi yazır.
Volodin hesab edir ki, “Şimal axını”nın partlaması öz vətəndaşlarının, Vaşinqtonun avropalı vassallarının maraqlarını rəhbər tutaraq, iqtisadiyyatı inkişaf etdirmək qərarına gələnlər üçün hədə-qorxu aktı idi.
Onun fikrincə, Bayden və onun “əlaltıları” məsuliyyətə cəlb edilməli, habelə zərərçəkmiş ölkələrə təzminat ödənilməlidir.
Yeganə





