Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdən əl çəkmək istəmədiyi və yeni “Maydan”ı qaçılmaz etdiyi barədə fikir bildirib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Siyasətçi yazıb ki, xalq dəstəyini itirən Ukrayna prezidenti indi gələcək qorxusundan şəxsi hakimiyyətdən yapışır.
Volodin 2013-cü il noyabrın 21-də Kiyevdə baş vermiş hadisələri xatırladıb, bu hadisələr düz on il əvvəl “Maydan”ın başlanğıcını qoyub və bu hadisələr 2014-cü ilin fevralında qanlı dövlət çevrilişinin başlanğıcına çevrilib.
Volodin Ukraynanın o vaxtdan bəri böyük itkilərə məruz qaldığını, o cümlədən əhalinin 53,7% azaldığını, ərazinin beşdə birinin itirilməsini və ÜDM-in 30,4% azaldığını vurğulayıb:
“Ukraynalılar öz gələcəklərini itirdilər, milli maraqlara xəyanət etdilər və suverenliyi Vaşinqtona satdılar”, – deyə Volodin fikirlərini yekunlaşdırıb.
Yeganə






