Serbiya prezidenti Aleksandr Vuçiç Avropa Parlamenti (AP) 2022-ci il üçün ortaq xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair hesabatı barədə fikir bildirib. O, qeyd edib ki, Serbiyanın xarici siyasətini Avropa İttifaqı (Aİ) ilə uyğunlaşdırmağı hədəfləyən AP qərarı ikiüzlüdür.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) iştirak edən Vuçiç AP-nin 2022-ci il hesabatının ölkəsi ilə bağlı yazılarını Serbiya mediasına dəyərləndirib.
Ölkəsinin çətin bir dövrdən keçdiyinə işarə edən Vuçiç həmçinin bildirib:
“Bildiyim tək şey heç kimin heç nə eşitmək və ya görmək istəmədiyidir. Onları maraqlandıran yeganə şey müstəqil Kosovo və Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdir. Qarşıda həlledici bir il var. Müasir tariximizin həm siyasi, həm də iqtisadi baxımdan ən çətin ilidir”,
Vuçiç heç kimin köməyinə arxalana bilməyəcəklərini də vurğulayıb və qeyd edib ki, o, Serbiyanın dünyanın ən güclü dövlətləri ilə çətin dialoq aparacağını gözləyir:
Qeyd edək ki, AP-nin 2022-ci il üçün ortaq xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair hesabatında Qərbi Balkan ölkələrinin Aİ-nin xarici və təhlükəsizlik siyasəti, xüsusilə üçüncü ölkələrə qarşı sanksiyalar siyasəti ilə tam uyğunlaşmasının vacibliyi vurğulanıb.
Hesabatda həmçinin xatırladılıb ki, Aİ-yə inteqrasiyaya can atan bir ölkə olan Serbiyanın Aİ-nin ortaq dəyərlərinə və hüquqlarına sadiq qalması lazımdır.
Yeganə





