Serbiya prezidenti Aleksandar Vucic deyib ki, tanınmamış Kosovodan olan polislər əməliyyat zamanı heç bir səbəb olmadan üç serbi öldürüblər. Elchi.az TASS-a istinadən xəbər verir ki, daha iki nəfər ağır yaralanıb.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Kosovodakı kontingenti naməlum şəxslərin yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumundan sonra regionun şimalında Kosovo təhlükəsizlik qüvvələrinin əməliyyatlarına dəstək verməyə hazır olduğunu bildirib.




