Serbiyada keçirilən parlament seçkilərində Serb Tərəqqi Partiyası koalisiyası 47,36 faiz səs toplayıb. Elchi.az xəbər verir ki, seçkilərin nəticələri barədə respublikanın seçki komissiyası məlumat verir.
“Bu, mütləq qələbədir və məni çox sevindirir. Əvvəlki dövrdə nələrə nail olduğumuzu və qarşıda bizi hansı çətin dövrün gözlədiyini bilirik”, – deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, hökumət Avropa yolunu davam etdirəcək. Siyasətçi əmin edib ki, ölkə Kosovo ilə çətin danışıqlar və ədalətsiz güzəştlərlə üzləşəcək, lakin region həmişə Serbiyanın bir hissəsi olacaq.
Havar Şəfiyeva






