Serbiya prezidenti vurğulayıb ki, Belqrad “məsuliyyətli və qayğıkeş olmalıdır”.
Elchi.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Serbiyanın Kosovo və Metoxiya ərazisində güc tətbiq etməsi hazırda problemin həlli deyil.
“Bilirəm ki, sizi sevindirəcək yeganə xəbər, Serbiya ordusunun Kosovo və Metoxiyaya girəcəyidir və bilirəm ki, başqa hər şey sizi daha az maraqlandırır – yalnız o zaman özünüzü təhlükəsiz hiss edə bilərsiniz. Hazırda bunun həll yolu olduğunu düşünmürəm”, – deyə siyasətçi Raska şəhərində Kosovo serbləri ilə görüşü zamanı bildirib.
Vuçiçin fikrincə, Belqrad indulgensiya siyasəti yürütməməli, “məsuliyyətli və qayğıkeş” olmalıdır. Prezident söz verib ki, tanınmamış Kosovo ərazisindən serblərin qovulmasına imkan verməyəcək.
Şayəstə





