"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vulkanlarının püskürməsində aktivlik müşahidə edilir

28 Mart 2018 - 18:15
in CƏMİYYƏT
“Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir”.

Elchi.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda hər il ərzində 2-4 palçıq vulkanı püskürür. Ancaq bəzi illərdə seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da artıb:
“Azərbaycanda palçıq vulkanlarının püskürməsinin əsas səbəbi zəlzələlərdir. Seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da çoxalır. Məsələn, 1926-cı ildə ölkədə il ərzində 8, 1986-cı ildə 12, 2004-cü ildə 9 püskürmə olub. 1986-cı ildən 1989-cu ilə qədər ölkədə seysmoloji aktivlik yüksək olduğundan palçıq vulkanlarının püskürməsi hallarının da sayı çox olub. 2000-ci ildə noyabrın 25-də Bakıda baş verən güclü zəlzələ nəticəsində 2001-ci ilin may ayına qədər yeraltı təkanlar qeydə alınıb. Ona görə də bu müddətdə rekord səviyyədə 16 püskürmə baş vermişdi”.
2004-cü ildə vulkan püskürməsi baxıçımdan “sakitlik” dövrünün müşahidə edildiyini deyən A.Əliyev qeyd edib ki, 2017-ci ildən başlayaraq, ölkədə palçıq vulkanlarının püskürməsində yenidən aktivləşmə qeydə alınır. 2017-ci ildə yalnız yanvar ayından iyun ayınadək 7 püskürmə qeydə alınıb:
“Bu da rekord səviyyədir. Çünki adətən, il ərzində 7 püskürmə olduğu halda, həmin ildə 6 ay ərzində bu qədər sayda püskürmə baş verib”.
A.Əliyev bildirib ki, bu il yanvar ayının 15-dən 16-na keçən gecə Şamaxıda Quşçu, martın 1-də Qobustanda Torağay vulkanı püskürüb: “Mən güman edirəm ki, bu bölgədə müşahidə edilən aktivləşmənin nəticəsi kimi biz yaxın aylarda yenə də palçıq vulkanının püskürməsini müşahidə edəcəyik”.
Alim əlavə edib ki, Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi daha çox Şamaxı-Qobustan regionunda, xüsusilə Qobustanda müşahidə edilir.
O hesab edir ki, palçıq vulkanlarının püskürməsinə səbəb olan seysmoloji aktivlik vulkana yaxın ərazidə qeydə alınmalıdır:
“Hesab etmirəm ki, Zaqatalada baş verən zəlzələ Bakıda vulkanın püskürməsinə səbəb ola bilər. Vulkan zəlzələnin episentrindən 80-100 km-lik məsafəyədək yerləşirsə, onda bu ərazidə baş verən zəlzələ vulkanın püskürməsinə səbəb olur”.
A.Əliyev əlavə edib ki, hazırda Azərbaycanda 353 palçıq vulkanı var. Onun 200-ü quruda, 154-ü dənizdədir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

Next Post

Hafiz Hacıyev polisə müraciət etdi: “Məmurlar məni ölümlə hədələyirlər”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Hafiz Hacıyev polisə müraciət etdi: “Məmurlar məni ölümlə hədələyirlər”

Hafiz Hacıyev polisə müraciət etdi: “Məmurlar məni ölümlə hədələyirlər”

Valideyn himayəsindən məhrum olmuş şəxslərə iş veriləcək

Valideyn himayəsindən məhrum olmuş şəxslərə iş veriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.