"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vüqar Bayramov: “Azərbaycan çevik pul-kredit siyasəti həyata keçirə bilmir”

03 Yanvar 2017 - 20:19
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vüqar Bayramov:
İqtisad elmləri doktoru Vüqar Bayramov Azərbaycan, Rusiya və Qazaxıstanın apardığı pul-kredit siyasətini şərh edib.
Onun facebook səhifəsində dərc etdiyi təhlilini təqdim edirik:
Azərbaycan Mərkəzi Bankı bu ildə də sərt pul-kredit siyasətini davam etdiricəyini bəyan edib. Bu isə o deməkdir ki, baş bank manat bazasını məhdudlaşdırmaqla dollara olan tələbi azaltmağa çalışacaq. Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasəti manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq Mərkəzi Bank təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meyilli görsənmir. Baxmayaraq ki, Mərkəzi Bank hələ 2014-cü ildə məzənnə siyasətinə korreksiyalar edib post-neft dövrünün çağrışlarına uyğunlaşdırmalı idi.
MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətinin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankın milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb. Belə ki, “Bloomberg” agentliyinin məlumatları göstərir ki, Rusiya və Qazaxıstan milli valyutalarının stabilləşdirilməsi ilə bağlı cari hədəflərə nail ola bilsələr də Azərbaycan Mərkəzi Bankı hələlik bu məqsədlərdən çox uzaq görsənir.
2016-ci ilin yanvarın əvvəlində 1 dollar almaq üçün 75 Rusiya rublu tələb edilirdisə bu göstərici 2017-ci ilin yanvarında 61 rubladək dəyişib. Nəticədə ötən il Rusiya rublu dollara nisbətən 22 faiz dəyər qazanıb. Bununla da Şimal qonşumuzun valyutası 2016-cı ildə dünyada ən çox dəyər qazanan ilk 3 valyutadan biri olub. 2014-ci ilin iyununda 1 dollar 34 rubla dəyişdirildiyini nəzərə aldqıda Rusiya milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.79 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).
Qazaxıstanda da bu sahədəki vəziyyət Rusiya ilə oxşarlıq təşkil edir. 2016-cı ilin yanvar ayının ortalarında 385 təngə 1 dollar idisə, 2017-ci ilin yanvar ayında 1 ABŞ pulu üçün 333 təngə ödənilir. Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi Qazaxıstanda da milli valyuta dollara nisbətən ötən il 15 faiz bahalaşıb. 2014-ci ilin iyununda 1 dolların 183 təngə olduğunu nəzərə aldıqda Qazaxıstan milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.81 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).
Azərbaycan manatının rəsmi kursu 2016-cı ilin yanvar ayında 1.55 idisə bu ilin yanvar ayında 1.80-dək enib. Müqayisələr “Bloomberg” agentliyinin məlumatına əsasən olduğu üçün “qara bazar” məzənnəsi nəzərə alınmayıb. Hal-hazırda “qara bazarda” 1 dollar 1 manat 90 qəpikdən bahadır. Bu isə o deməkdir ki, milli valyutamız ötən il dollara nisbətən 15 faiz ucuzlaşıb. 2014-ci ilin iyununda 0.78 qəpiyin 1 dollar olduğunu nəzərə aldıqda manat dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 2.3 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 57 faiz).
Göründüyü kimi, ötən il Rusiya və Qazaxıstanda milli valyutalar iki rəqəmli faizlə dəyər qazandığı halda, bizim valyutamız ucuzlaşıb. Eyni zamanda, neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra manat rubl və təngəyə nisbətən daha çox ucuzlaşıb. 2014-ci ilin ortalarında, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayan dövrdə hər 3 ölkənin ümumi iqtisadi vəziyyəti oxşar olub. Enerji resurslarının ixracda payı Azərbaycanda 90 faizdən, sözügedən 2 ölkədə isə 70 faizdən çox olub. Amma xarici borcun
Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan Mərkəzi Bankının çevik pul-kredit siyasəti həyata keçirə bilməməsi manatın hələ də bazar məzənnəsinin müəyyənləşdirilməsinə gətirib çıxarmadı. Hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Nəticədə ötən müddətdə valyuta ehtiyatlarının 75 faizini itirərən baş bank 4 milyard dollarlıq pisxoloji hədd ilə üz-üzə qalıb.
Ümumi Daxili Məhsuldakı payi kimi göstəricilərdə isə Azərbaycan bu ölkələr ilə daha yaxşı vəziyyətdə idi. Amma buna baxmayaraq, Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan Mərkəzi Bankının çevik pul-kredit siyasəti həyata keçirə bilməməsi manatın hələ də bazar məzənnəsinin müəyyənləşdirilməsinə gətirib çıxarmadı. Hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Nəticədə ötən müddətdə valyuta ehtiyatlarının 75 faizini itirərən baş bank 4 milyard dollarlıq pisxoloji hədd ilə üz-üzə qalıb. Əvvəllər də qeyd etdiyimiz kimi, Mərkəzi Bank cari tələb ödəməyə çalışaraq, kommunikasiya metodundan istifadə etməklə məzənnəsi siyasətini liberallaşdıraraq əks-dollarlaşma prosesinin başlanmasına nail olmalıdır. Əks-dollarlaşma prosesinin başlanılması real sektora sərmayələrin cəlb edilməsi baxımdan olduqca vacibdir. Təəssüf ki, Mərkəzi Bankın bu il üçün bəyan etdiyi sərt pul-kredit siyasəti sadəcə milli valyutaya inamsızlıq prosesinin uzadılmasına səbəb olacaq (“Amerikanın səsi”).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın hər regionunda ticarət palataları yaradılacaq

Next Post

Daha bir ölkədən Türkiyəyə terror xəbərdarlığı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Daha bir ölkədən Türkiyəyə terror xəbərdarlığı

Neftin qiyməti bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.