"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vurğun Əyyub: “Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür”

27 Noyabr 2014 - 12:41
in SİYASƏT

“Mübarizəmin məqsədi odur ki, qurultayda baş verən ədalətsizliklərə görə heç olmasa kimlərsə cəzalandırılsın və partiyanın idarə edilməsində demokratik ənənələr bərpa olunsun. Problemlərin həllinin bir yolu olan növbədənkənar qurultayın çağırılması Nizamnamə ilə təsbit olunmuş bir haldır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr, təkid edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və Nizamnamədən kənar bir addımdır”.060218b589c304617db28d477d3aca01

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Vurğun Əyyub söyləyib.

 

Qeyd edək ki, Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbər yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideya sayıb, partiyanı hədələməyi xəyanət kimi dəyərləndirib. O, Müsavat Partiyasının qurultayında başqan seçilən Arif Hacılı ilə bir yerdə olduğunu da vurğulayıb.

 

V.Əyyub isə APA-ya açıqlamasında növbədənkənar qurultay ideyasının müşavirədən sonra da aktuallığını itirmədiyini bildirib. O, İsa Qəmbərin A. Hacılıya artıq açıq dəstək verməsindən sonra növbədənkənar qurultayın mənasını itirdiyi, narazıların qurultayda uğur qazanmaq ehtimalının olmadığı yönündə qənaəti də bölüşmədiyini dilə gətirib: “İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür”.

 

V.Əyyub partiyanın qurumlarını legitim saymaması ilə bağlı açıqlamalarının partiyanın nüfuzuna zərbə vurduğu və buna görə cəzalandırıla biləcəyi barədə xəbərdarlığa da münasibət bildirib: “Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur. Bu gün Müsavat Partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir”.

 

Xatırladaq ki, Müsavat başqanının müavini E.Fəttah APA-ya açıqlamasında V.Əyyubun partiyadakı strukturları saymaması və tanımamasına münasibət bildirərkən deyib ki, V.Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. O, kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda, Nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacağını bəyan edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əfqanıstan paytaxtında Britaniya səfirliyinə məxsus avtomobil partlayıb, yaralananlar var

Next Post

Çempionlar Liqasında V tur (NƏTİCƏLƏR)

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Çempionlar Liqasında V tur (NƏTİCƏLƏR)

Səfir müsahibəsində Azərbaycanın ərazi bütövlüyünə önəm verdi - MÜSAHİBƏ - FOTOSESSİYA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.