"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vüsal Şilder qətlində yeni məqamlar açıqlandı

23 Avqust 2014 - 11:57
in FLƏŞ, GÜNDƏM

Qərb Universitetinin tələbəsi, Almaniya vətəndaşı, ötən il Bakıda sifarişlə qətlə yetirilən Vüsal Şilderin anası Mətanət Şilder yenidən virtualaz.org və haqqin.az saytlarının redaksiyası ilə əlaqə saxlayıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

shilderXatırladaq ki, bir neçə gün əvvəl Mətanət Şilder geniş rezonans doğuran müraciətlə çıxış etmişdi və oğlunun qəlinin təşkilatçısı olan keçmiş polis əməkdaşı, vaxtilə Heydər Əliyevin köməkçisi olmuş Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadənin Dubaydan onu təhdid etdiyini bildirmişdi. Oğlunun qətlinin sifarişisinin cəzalandırılması uğrunda mübarizə aparan qadın X.Əlizadənin T.Ağayevin qızı Vəfanın mobil telefonundan ona yazdığı təhdid və təhqir mesajlarını da redaksiyamıza təqdim etmişdi. M.Şilder bildirmişdi ki, onun oğlunun qətlinin sifarişçisi T.Ağayevdir, qətlin təşkilatçıları arasında o polis əməkdaşı İlham Məmmədovun da adını çəkib.

Bu səs-küylü qətllə bağlı məhkəmə istintaqının davam etdiyi bir vaxtda Mətanət Şilder bu dəfə oğlunun qətli ilə bağlı bəzi nüanslara və istintaqın qətlin sifarişçilərini məsuliyyətdən kənarda qoymaq cəhdlərinə aydınlıq gətirib:

-Mətanət xanım, avqustun 19-da virtualaz.org saytına göndərdiyiniz müraciətinizdə göstərmisiniz ki, bu qətlin təşkilatçısı və icraçısı faktiki olaraq prezidentin keçmiş köməkçisi Tariyel Ağayev və onun kürəkəni Xəyal Əlizadədir. Sizcə, niyə indiyə kimi Tariyel Ağayev həbs olunmur? Ona qarşı hansısa tədbir görülmür?

-Çünki altına yığdığı pullara güvənir, onlar mafiozdur. Cinayət işini oxusanız görərsiniz ki, Tariyel Ağayevin qızı Lalə ilə oğlumun həyatına dair faktlar, bütün SMS-lər iş materiallarından çıxarılıb. Halbuki orada qətlin üstünün açılmasına imkan verən birbaşa motivlər vardı. Onların heç biri işə tikilməyib. Amma mən o SMS-lərin hamısını saxlamışam. Oğlum rəhmətə gedən gün Lalə mənə demişdi ki, bütün bunları təşkil edən atamdır. Lalə mənə hətta belə bir mesaj da yazmışdı: “Atam bıçaqla üstümə gəldi, dedi ki, məni rüsvay elədin, camaat mənə şər atır. Dedim ata, sənsən, bilirəm. Mətanət xala, Vüsal öldü, elə bilməyin ki, mən onu elə-belə sevmişəm. Mən bunu sizə yazıram, özümü öldürürəm, məni Vüsalın yanında basdırarsınız”.

Bunu təkcə mən yox, oğlumun yası günü 3 minə yaxın adam oxuyub bilirdi. Mən onda ağlayırdım, özümdə deyildim, Lalənin mesajlarını camaat oxumuşdu. Bütün Qərb Universiteti, tələbələr bilirdi bunu. Nə oğlum, nə də mən indiyə qədər yalan söz danışmamışıq. Bütün SMS-lərin üzünü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Pərviz İbayev də, alman prokurorluğu da köçürüb. Sadəcə üstünü basdırılar, ortaya çıxarmırlar.

-Vüsal Lalə ilə nə vaxtdan görüşürdü?

–  2011-ci ildə, hadisədən iki il qabaq tanış olmuşdular, görüşürdülər, danışırdılar. Bir dəfə Lalənin bacısı mənə zəng vurub dedi ki, oğlunu yığışdır. Gülüb cavab verdim, dedim oğlum deməzmi ki, ay ana, niyə mənim xoşbəxtliyimin qarşısını kəsirsən? Siz öz qızınızı yığışdırın, səhərə kimi telefonda asılı qalır. Dalaşdıq, telefonu yerinə qoydu. Üstündən bir az keçəndən sonra Laləni Türkiyəyə oxumağa göndərdilər. Amma orada oxumadı, geri qayıtdı.

-Vüsalla tanış olan zaman Lalə ailəli idi?

-Yox, o zaman ailə qurmamışdı, subay idi. Türkiyədən gələndən sonra yenidən oğlumla görüşməyə başladılar. Beş-altı ay keçəndən sonra oğlumu məcbur eləyib ki, məni qaçırt. Bir gün isə oğlum mənə zəng vurub dedi ki, Laləni atasıgil başqasına ərə verir, ona görə gedirik dayıgilə. Bir gecə də qardaşımın evində qalıblar. Xəyal və xalası oğlu Niyazi mənim evimdə mənə yalvarırdılar ki, qızı qaytarın. Mən onların evinə getdim. Zəng vurub telefonu mikrofona qoydum. Lalə telefonda Xəyala “məni aldadırsız, qayıtsam, məni Vüsala verməyəcəksiniz. Atama deyin ki, mən Vüsalın halalıyam”. Mikrofonda bunu Niyazi də eşitdi, Xəyal da. Anası İradə mənə yalvardı ki, ölüm ayağının altında qızı qaytar, elçi gəlin, xonça gətirin, nişan taxın. Dedim onda mən gəlim sizdə oturum sonra qızınla oğlum gəlsinlər. Xəyalın evində oturdular gecəyə kimi. Sonra Xəyal dedi ki, qaç gizlən, Tariyel gəlib avtomatla tikənizi göyə sovuracaq. Həmin vaxt Xəyal Laləyə telefonda “əgər atan səni bu dəfə aldatsa mən özüm səni verəcəm Vüsalın əlinə, qaçıb gedərsiz” dedi… Amma altı-yeddi aydan sonra məni də aldatdılar, Laləni də ayırdılar Vüsaldan. Lalə sonradan ərdə ola-ola oğluma yazmağa başlayıb, görüşüblər. Oğlumla görüşəndə ona deyib ki, həmin situasiyadan yararlanan bircə Xəyal olub.

-Siz iddia edirsiz ki, Vüsalın qətlini məhz Xəyal təşkil edib?

-Cinayət işində hamısı var. Öldürənlərdən biri Pərviz Ağayev orda açıq-aşkar yazıb. Xəyal onlara bıçaq alıb verib, pul verib. Bunlar hamısı göz qabağındadır. Gün ərzində dəfələrlə cinayətkarlarla ünsiyyətdə olub. Bunlar yalan deyil.

-Lalənin həyat yoldaşı iştirak edib bu işlərdə?

-Yalan deyərəm, bilmirəm. Onun ərindən heç nə eşitməmişəm. Bu qətli Tariyel sifariş edib. Xəyala nə düşmüşdü ki, mənim oğlumu öldürsün? Nəyə görə?  Xəyala dedim ki, əgər sən deyilənsə, niyə Dubayda gizlənmisən. Vüsalın ölümündən beş ay sonra Lalənin bacısı Vəfa mənə zəng vurmuşdu. Həmin ərəfələrdə Xəyalın İnterpolda axtarışda olması və Dubayda saxlanması barədə xəbərlər yayılmışdı. Zəng vurub saatlarla ağladı. Dedim, sən mənə nə üzlə zəng vurmusan? Dedi, atam çəkildı qırağa, hamımızı bədbəxt elədi, Lalə heç birimizi fikirləşmədi, Xəyal ortada qaldı. Biz bilirdik ki, hər şey Xəyalın üstündə qalacaq. Üstündən bir ay keçəndən sonra Xəyalın Dubayda buraxılmasını eşitdik.

-Xəyalı girov müqabilində azad elədilər?

– Onu girov kimi saxlayırlar Dubayda. İndi də öz biznesində, işində gücündədir.

-Tariyel Ağayevi istintaqa çağırıblarmı? Bu barədə məlumatınız var?

-Yox, onu kim çağıra bilər istintaqa? O, mafiya başçısıdır. O, prezidentdən möhkəm adam sayır özünü.

-Siz ifadənizdə Tariyel Ağayevin adını çəkmisiz?

-Bəli, çəkmişəm. Lalənin onun qızı olduğunu demişəm. İşi qərəzli aparan aparan müstəntiq Pərviz İbayev isə yazıb ki, şəxsi suallar olduğuna görə, Lalə cavab verməkdən imtina edib.

-Bu məsələ ilə bağlı Ərəb Əmirliklərinə müraciət etmisinizmi?

-Yox, eləməmişəm. Mən istintaq zamanı Aslan İsmayılovun yanında müstəntiq Pərviz İbayevə dəfələrlə dedim ki, əgər gücünüz çatmırsa, Azərbaycan Dubaydan onu gətirə bilmirsə, Almaniya səfirliyinə rəsmi şəkildə müraciət edin. Almaniya hökuməti deyir ki, bu hadisə Azərbaycanda baş verib. Əgər Azərbaycan bu məsələ ilə bağlı yardım istəyərsə o zaman köməklik edə bilər. Almaniya səfirliyinin də ağzını yumublar elə bil.

-Belə bir məlumat var ki, Tariyel Ağayevin ev dustaqlığındadır və ölkədən kənara buraxılmır. Bundan xəbəriniz varmı?

-Xeyr. Xəbərim yoxdur.

– Azərbaycan hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən Avropa Məhkəməsinə şikayət göndərəcəksinizmi? 

-Bəli. Yazmışam hamısını. Mənim kimi minlərlə insanlar var. Yəqin ki, tezliklə xəbəri çıxacaq.

-Ölkə başçısına müraciətinzidə Aslan İsmayılova da təzyiq göstərilməsi barədə qeyd etmisiz. Aslan İsmayılova Tariyel Ağayev təzyiq edir?

-Onu dəfələrlə ölümlə hədələyiblər ki, bu işdən əl çəksin. Hətta Binəqədi rayon Məhkəməsində təqsirləndirilən Tariyel Ağayevin qohumu İlham Məmmədov ayağa qalxıb onu təhqir etdi. Dedi ki, mən vaxtilə müxalifətin anasını ağlatmışam dubinkayla, sənin kimisi o vaxt qabağıma çıxsaydın, öldürərdim. Günü bu gün də onun məhkəməsi davam edir.

-Qətldə İlham Məmmədov da iştirak edib?

-Ölüm işində guya iştirak etmədiyini deyir. Allah bilir. Bu nə oyundursa başım çıxmır. İlham birinci cinayətdə iştirak edib. Oğlumun maşınına narkotika atıblar. Onun işi alınmayıb deyə Xəyal oğlumun qətlini başqalarının vasitəsilə həyata keçirib.

ELCHI.AZ

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kürdəmirdə molla maşınla adam vurdu və… VİDEO

Next Post

Polisin atası evlənə bilmədiyi üçün intihar edib – QAXDA

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Polisin atası evlənə bilmədiyi üçün intihar edib - QAXDA

Abdulla Güldən hərblə bağlı önəmli qərar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.