"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vüsal Şilderin anasından sensasiyalı müraciət

29 Avqust 2014 - 18:11
in CƏMİYYƏT

“Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə img1459306dekorasiya olmaq istəmirəm”

Qətlə yetirilmiş Vüsal Şilderin anası Mətanət Şilderin sensasion müraciəti yayılıb.
Müraciətin mətnini vəkil Aslan İsmayılov facebook səhifəsində paylaşıb.
M.Şilder onun qətlə yetirilən oğlunun işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqova ünvanlanan müraciətində yazır:
“Mən, Mətanət Şilder mükəmməl mədəniyyətə, tərbiyəyə, savada, gözəl zahiri görünüşə malik, həyatının çiçəklənən anında amansızcasına qətlə yetirilmiş 20 yaşlı Vüsalın anasıyam. Bütün həyat arzularımı Vüsalla bağlamışdım. Həyat yoldaşımla Almaniyaya köçdüm. Bütün imkanlara baxmayaraq nə özüm, nə də oğlum Vüsal Avropada yaşamaq istəmədik. 3 illik həsrətdən sonra ailəliklə daim yaşayış üçün Azərbaycana köçdük. Hava limanından çıxdıqda ilk etdiyim hərəkət torpaq axtarmaq oldu ki, onu gözümə sürtüm. Elə də etdim.
Oğlum Vüsal mükəmməl təhsil alıb, böyük biznes işləri qurub daim Azərbaycanda yaşayıb Vətəninə fayda vermək barədə düşünürdü. Saf, təmənnasız, qarşılıqlı məhəbbətinə görə onu uzun müddət təqib etdilər, başına olmazın müsibətlərini gətirdilər və sonda amansızcasına, namərdcəsinə qətlə yetirdilər. Bu müddət ərzində yalnız oğlumu qətlə yetirənlərin, sifariş verənlərin cəzalandırılmasına çalışdım. Yalnız oğlumun qanı batmasın deyə çalışdığıma görə çox müsibətlər yaşadım, yenə yolumdan dönmədim. Bu vaxtlar qatillər öz əxlaqlarına uyğun oğlumun qanı üçün “istədiyin pulu al, bu işdən əl çək” dedilər, qəbul etmədim. Ölənə qədər də oğlumun qatillərinin cəzalandırılmasını həm cavabdeh şəxslərdən tələb edəcəm, həm də hər şeyə qadir Uca Allahdan xahiş edəcəm.
Saf, yüksək mədəniyyətli, təhsilli, insanları sevən, daim onlara yaxşılıq etmək istəyən, mənim yeganə qürur mənbəyim olan oğlum Vüsalı əlimdən alan, qatillərinin kef çəkməsinə şərait yaradan Azərbaycan adlı Vətənə nifrət etmək istəyirəm, ancaq bacarmıram, çünki Vüsal bu Vətəni həddindən artıq çox sevirdi. Bu müsibətlər dövrü tanımadığım, mənim faciəmə şərik çıxan, mənə dəstək olan hər bir insana təşəkkür edirəm. Uca Allah hamınızın balalarınızı qorusun deyirəm.
Bu müddət ərzində mənə vəkillik etmiş, peşəsinə sadiq, vicdanlı, heç bir təhdiddən qorxmayan, nəfsi tox, bir Azərbaycanlı Kişisi kimi mənə doğma qardaş münasibəti bəsləyən vəkil Aslan İsmayılova xüsusi təşəkkürmü bildirirəm.
Məni almana ərə getməkdə suçlamaq istəyənlərə isə bildirirəm, bu müddət ərzində, oğlumun qanını batıran çox nakişilərdən fərqli olaraq həyat yoldaşım Adolf Şilder mənim oğluma əsl ata oldu, onu oğulluğa götürdü, onun Almaniya vətəndaşlığı almasına nail oldu, onu doğması kimi sevdi, ən yüksək təhsil almasına çalışdı, baş vermiş faciəni məni qədər bölüşdü, heç nədən, heç kimdən çəkinmədən mənim namusuma sahib çıxdı və bu gün də mənimlə birlikdə Vüsalın qatillərinin cəzalandırılmasına çalışır.
Vüsalın qətli ilə bağlı aparılan cinayət işində gördüklərim qanunsuzluqlar, özbaşınalıqlar, vicdansızlıqlar mənə göstərdi ki, bu işin ədalətli, qanuni araşdırılmasına cavabdeh olan şəxslər nəinki qanundan, heç Uca Allahdan da qorxmurlar. Ona görə də bundan sonra Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq istəmirəm. Bu, faciə teatrında heç bir rolda çıxış etmək istəmirəm. Sadəcə, bu saxta məhkəmələrdə baş verən oyunlara, kinayə baxışlara dözə bilmərəm. Ömrümün sonunacan günahkarların cəzalandırılmasına çalışacam. Ancaq bundan sonra rahat oğlumun yanına köçə bilərəm.
Dediklərimlə bağlı bildirirəm ki, oğlumun qətli ilə bağlı bu işin arxasında dayananların hansı murdarlıqlara qadir olduqlarını bildiyimdən, Aslan İsmayılova olan təhdid və təhlükələrdən qorumaq üçün onunla həyat yoldaşım Adolf Şilderlə bağladığımız müqaviləni pozuram və bu gündən sonra heç kim bizim adımızdan bu işlə bağlı hansısa fikir bildirə bilməz.
Mən bir Ana kimi vicdanımı, namusumu göstərdim və mübarizəmi davam edəcəm, qoy bundan sonra bu işin ədalətli araşdırılmasına cavabdeh olan kişilər öz kişiliklərini, namuslarını göstərsinlər, bəlkə onda Uca Allah onları əfv edə.
Hörmətlə,
Mətanət Şilder
29 avqust 2014-cü il”

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarışqalar ilanı diri-diri belə yedi – VİDEO

Next Post

Prezident Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Prezident Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub

“Nar Mobile”dən Rouminq proqramı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.